“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


19.03.2025  10:38 

Sabiq Baş prokurorun milyonluq yatırımları...





A+  A-

Beş ildir vəzifəsindən uzaqlaşdırılan sabiq baş prokurorun hazırda harada və nə ilə məşğul olması haqda ölkə mediasının yazdıqları...

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov haqda yeni iddialar yayılıb.

XəzərNews.az xəbər verir ki, 5 ildir vəzifəsindən uzaqlaşdırılan sabiq baş prokurorun hazırda nə ilə məşğul olması haqda Azpolitika.info məlumat yayıb.

Z.Qaralovu diqqətə gətirən isə vaxtilə məşhur “Akkord” şirkətində Zakir Qaralovun şəriki olduğu iddia edilən İlqar Hacıyevə qarşı cinayət işi başlanması barədə məlumatlardır.

Qeyd olunur ki, Qaralovun şəriki olduğu iddia edilən “Akkord”un keçmiş sahibi İlqar Hacıyevi ölkəyə gətirib istintaqa cəlb etmək mümkün olsa, onun da sabiq baş prokuror barədə kifayət qədər şok ifadələr verə biləcəyi şübhə doğurmur...

Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Ormeşən kəndində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilib. 1981-ci ilədək Bakı şəhəri Səbayel rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

25 aprel 2000-ci il tarixdə Azərbaycanın baş prokuroru vəzifəsinə təyin edilib. Ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. 2020-ci il mayın 1-də Zakir Qaralov düz 20 il sürən baş prokuror vəzifəsini itirdi.

Zakir Qaralovun dövründə Azərbaycanda bir sıra səs-küylü hadisələr baş verib: “Sözsüz ki, onların sırasında 2004-cü il martın 2-də jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi, 2009-cu il aprelin 30-da ADNA-da 13 nəfərin həlak olması ilə nəticələnən terror aktı, 2015-ci ilin 19 mayında Binəqədi rayonunda dördü uşaq olmaqla, 15 nəfərin öldüyü, 64 nəfərin yaralandığı yanğın hadisəsi, 2015-ci ilin oktyabrında Rabitə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyində (MTN) aparılan əməliyyatlar ilk sırada gəlir. Həmçinin "Hacı Məmmədovun işi", general Rail Rzayevin qətli (üstü hələ də açılmayıb), hərbçilərimizə kütləvi işgəncələrin verilməsi nəticəsində 10-dan artıq insanın vəfat etməsi ilə bağlı istintaq araşdırmaları yenilənən “Tərtər işi” də (2017-ci il) Qaralovun baş prokuror olduğu dövrə təsadüf edir".

Yazıda o cümlədən Eldar Mahmudovun ləğv olunmuş MTN-ə rəhbərlik etdiyi dövrdə sahibkarlara necə divan tutulmasında Baş Prokurorluğun da iştirakı xatırlanır:

“Həmin dövrdə MTN-də sahibkarlara qarşı düzülüb-qoşulmuş cinayət əməllərinin qondarma ittiham aktlarının hamısı Baş Prokurorluq tərəfindən imzalanıb. Yəni bu sənədlərdə Zakir Qaralovun və onun birinci müavini, hazırda təqaüddə olan Rüstəm Usubovun imzaları var. Amma MTN ləğv olunduqdan sonra adıçəkilən generallar və digərləri cəzalandırılsalar da, Qaralov və Usubov məsuliyyətdən yayına bildilər. Onlardan bu saxta ittiham işlərini niyə imzaladıqları rəsmən soruşulmadı”.

O da bildirilir ki, “Tərtər işi” üzrə yenilənən istintaq araşdırması zamanı işgəncə ilə öldürülmüş hərbçilər, habelə həbs edilənlərin bir qismi bəraət alıb, həbsdən azad ediliblər. Hərbçilərə işgəncə verənlər arasında da məsuliyyətə cəlb edilənlər var. Amma həmin dövrdə istintaqa rəhbərlik etmiş şəxslərdən məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməyiblər.

Saytın iddiasına görə, işdən çıxarılandan bir müddət sonra Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub. Amma o, hakimiyyətdəki əlaqələri və bir sabiq nazir vasitəsilə qadağanın ləğvinə nail olub. Bundan sonra bir neçə dəfə ölkə xaricinə, xüsusən Gürcüstana səfərlər edib.

Keçmiş baş prokuror vəzifədə olduğu dövrdən tikinti sektoruna böyük yatırımlar qoyub və etibar etdiyi bir şəxs vasitəsilə hazırda da onları idarə edir. Mənbələr bildirir ki, Qaralov hazırda tikinti sektorunda fəaliyyətini davam etdirir, yaşayış binaları tikir. Onun dərman biznesindən tutmuş, mebel və bir sıra xarici məhsulların idxalına qədər gedib çıxdığı barədə məlumatlar yayılıb.

Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun da təqaüddə əsas məşğuliyyəti tikinti sektorudur. Onun bu sahədə bir neçə şirkəti olduğu, Bakıda və bölgələrdə binalar tikdiyi, ticarət obyektlərini idarə etdiyi qeyd olunur.


Xəbər 575 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +