Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


22.02.2021  12:10 

Qubadan Şamaxıya yol çəkilməyəcək





A+  A-

“Qubadan Şamaxıya yol layihəsi nəzərdə tutulmayıb”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələr”ə həsr olunan brifinqdə deyib.

O bildirib ki, bu fikir nə vaxtsa ictimaiyyətdə sadəcə səsləndirilib, lakin relyef araşdırılmayıb: “Müəyyən qurumlar var ki, dövlət onların inkişafına vəsait qoyur və iqtisadi yüksəklik əldə edir. Lakin bizim qurum elə deyil. Bölgələrə birbaşa yol çəkmək mümkün deyil. Gərək həmin bölgələr inkişaf etsin, turizm inkişaf eləsin və digər sahələr nəticəsində əldə olunan gəlirlər bu ərazilər arasındakı yolun çəkilməsinə şərait yaratsın. Hələ ki, bu işlər dondurulur. Nə zaman iqtisadi cəhətdən mümkün olsa, o zaman da bu istiqamətdə işlər görüləcək”.

Xəbər 2232 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +