Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


05.02.2019  11:51 

Küçədə tapılan körpələr uşaq evinə veriləcək





A+  A-

Bərdədə şadlıq evlərindən birinin qarşısında tapılan iki azyaşlı bu gün Gəncədəki uşaq evlərindən birinə veriləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bərdə Rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Vahid Qarayev deyib.

Onun sözlərinə görə, azyaşlılar hazırda Bərdə rayon Uşaq Xəstəxanasındadır: "Uşaqlar tam nəzarətdədir. Onların anası məlum olub. Anası heç uşaqların atasını tanımır. Hazırda təşkilati işlər görülür. Azyaşlılar uşaq evinə göndəriləcək. Anası Qazax rayonunun Kəmərli kəndindən olan 1984-cü il təvəllüdlü Aslanova Yeganə Məhəmməd qızıdır. Dediyinə görə, Bərdədə kafe və çayxanalarda işləyib".

V.Qarayev deyib ki, hazırda azyaşlıların səhhəti normaldır: "Heç bir problemləri yoxdur, uşaqlar tam sağlamdır. Daim nəzarət altında saxlanılır".

Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbər 1476 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +