Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


20.02.2018  23:11 

Ramil Usubov Səudiyyə Ərəbistanı kralı ilə görüşdü





A+  A-

Daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Naif bin Əbdüləzizin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti ilə krallığın daxili işlər naziri arasında görüş keçirilib.

Krallığının daxili işlər naziri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

R. Usubov isə səfərin nazirliklərarası əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə dövlətlərarası müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi çərçivəsində iki ölkənin Daxili İşlər nazirlikləri arasında işbirliyinin, cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hökumətlərarası protokol imzalanıb.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud R. Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Səudiyyə Ərəbistanı kralı beynəlxalq arenada ölkəsinin Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.

R. Usubov keçirdiyi görüşlər, aparılan danışıqlar barədə məlumat verib, bu səfərin ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə xidmət etdiyini bildirib.

Qəbulda və görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.

Xəbər 1740 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +