Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


05.05.2025  16:47 

Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH





A+  A-

Azərbaycan, İsrail, Suriya və Türkiyə arasında maraqlı və diqqətçəkən proseslərin şahidi oluruq. Hadisələrin dərin təhlilinə keçməzdən əvvəl son günlər baş verən əsas hadisələrə qısa nəzər yetirək:

Birincisi, bir neçə gün öncə Suriyada yerli druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi fonunda gərginlik başladı. Hiddətlənmiş müsəlmanlarla druzlar arasında qarşıdurma yaşandı. Bu gərginliyi səngitmək məqsədilə müdaxilə edən Suriya Silahlı Qüvvələri ilə druzlar arasında toqquşmalar baş verdi;

İkincisi, İsrail Silahlı Qüvvələri druzların müdafiəsi məqsədilə Dəməşqə hava hücumu təşkil etdi;

Üçüncüsü, İsrail Hərbi Hava Qüvvələri druzların müdafiəsi adı ilə təkcə Dəməşqə deyil, həmçinin Türkiyənin dəstəklədiyi hərbi qrupların – “Sultan Murad” və “Süleyman Şah” briqadalarının bazalarına da zərbələr endirdi. Türkiyə F-16-ları ilə İsrail təyyarələrinə havada “xəbərdarlıq mesajı” verildiyi barədə məlumatlar yayılıb;

Dördüncüsü, İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfəri təxirə salındı;

Beşincisi, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya rəsmi səfər etdi.

Bu beş hadisənin təhlili bölgədə nə baş verdiyini anlamağımıza yardım edə bilər.
Birinci hadisə – druz liderinin İslam peyğəmbərini təhqir etməsi – Suriya daxilində dini və ictimai zəmində ciddi narazılığa səbəb oldu. Nəticədə yalnız müsəlmanlarla druzlar arasında deyil, həm də druzlarla Suriya Silahlı Qüvvələri arasında qarşıdurma baş verdi.

Əvvəldən bəlli idi ki, druzlar Suriyada sabitliyi pozacaq gücə çevrilə bilər. Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaranın yeni kabinet tərkibini elan edərkən druz nümayəndəsi Əmjad Badrı kənd təsərrüfatı naziri təyin etməsi müvəqqəti sakitlik yaratsa da, uzunmüddətli perspektivdə druzları cəsarətləndirə biləcək təhlükəli addım idi. Çünki İsrail “druz kartı”ndan aktiv istifadə edir.

İsrailin həm Dəməşqə, həm də Türkiyənin dəstəklədiyi hərbi qrupların mövqelərinə hava zərbələri endirməsi bunun sübutudur. İsrail nə Suriyanın yenidən güclənməsini, nə də Türkiyənin oradakı varlığını qəbul edir. Təl-Əviv druzlar vasitəsilə Suriya mərkəzi hakimiyyəti ilə qarşıdurma yaratmaq və öz təhlükəsizlik tampon zonasını – yəni bir növ “boz zona”nı – formalaşdırmaq niyyətindədir. Uzunmüddətli məqsəd isə druzlara yüksək muxtariyyət, hətta gələcəkdə müstəqil dövlət qurmaq perspektividir.

Türkiyə İsrailin planlarından xəbərdardır. İsrail təyyarələrinə F-16-larla hava məkanında verilmiş “xəbərdarlıq mesajı” bunun təsdiqidir. Ankara Təl-Əvivin bu strategiyasına qarşı sərt cavab verməyə hazır olduğunu göstərir.

Belə bir məqamda İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin təxirə salınması diqqət çəkir. İsrail mediası bunu “Türkiyənin hava məkanını bağlaması” ilə izah edir. Lakin əsl səbəb Suriyada İsraillə Türkiyə arasında hərbi toqquşma riskinin artmasıdır. İsraildə bəzi qüvvələr səfərin Bakı üçün əhəmiyyətini bilərək “hava məkanı” məsələsini qabardır və bununla da Bakı ilə Ankara arasında süni soyuqluq yaratmağa çalışır.

Xatırladaq ki, Prezident İshaq Hersoq da daha əvvəl COP-29 tədbirinə, məhz Türkiyə hava məkanından keçid icazəsi ala bilmədiyi üçün qatıla bilməmişdi və bu hadisə Bakı ilə Ankara arasında soyuqluq yaratmışdı.

Bütün bu proseslərin fonunda Samir Şərifovun Suriyaya rəsmi səfəri xüsusi diqqətə layiqdir. Rəsmi olaraq bu, maliyyə nazirinin səfəri kimi təqdim olunsa da, səfərin sırf iqtisadi xarakter daşıdığını deyə bilmərik. Şərifovun daha geniş səlahiyyətlərlə bu səfəri həyata keçirməsi mümkündür.

Bu səfərin mümkün məqsədləri kimi üç əsas məqamı qeyd etmək olar:

Suriya ətrafında baş verən prosesləri – xüsusilə İsrail-Türkiyə gərginliyi və ehtimal qarşıdurma risklərini yerində araşdırmaq;

Enerji resurslarının hasilatı və Avropa bazarına nəqli də daxil olmaqla iki ölkə arasında əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması;

Suriya–İsrail gərginliyinin diplomatik həlli istiqamətində Bakıda mümkün görüşlərin təşkili.

Fikrimcə, Suriya və İsrail birbaşa danışıqlar masasına oturmayınca bu gərginlik səngiməyəcək. Bakı bu prosesdə vasitəçi ölkə rolunu oynaya bilər.

Turan Rzayev
Politoloq


Xəbər 235 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +