Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb


24.04.2025  13:45 

3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur





A+  A-

Bu gün, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

XəzərNews.az "Müsavat"a istinadən xəbər verir ki, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

Ötən prosesdə zərərçəkmiş şəxslər məhkəmə prosesinə qatılmayıblar. Bildirilib ki, zərərçəkmişlərdən Babək Məmmədzadə Türkiyədə işləyir, buna görə də prosesdə iştirak edə bilmir.

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu olan Babək Məmmədzadənin nümayəndəsi bildirib ki, müvəkkili hər dəfə Azərbaycana gələ bilmir:
"Bundan əvvəlki iclasların birində gəlmişdi. Amma proses baş tutmadı. Özü ilə əlaqə saxlayım, görüm nə vaxt gələcək. O işi ilə əlaqədar vaxt tapıb gələ bilmir".

Hakim bildirib ki, zərərçəkmiş mülki iddia qaldırıb, gəlib məhkəmədə ifadə verməlidir. Digər zərərçəkmiş Yadigar İsrafilovun barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Proses zərərçəkmiş şəxslər iştirak etmədiklərinə görə aprelin 24-nə kimi təxirə salınıb.

İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin 3 milyon dollara yaxın pulu ələ keçirilib.

Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.

İstintaqın qənaətinə görə Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib. Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir. Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.

Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Nizami Akif oğlu Alışan cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq dövründə zərərçəkmişlərin hər biri Nizami Alışanla üzləşdirilib, əməlini üzünə deyiblər. Zərərçəkmişlərdən Babək Məmmədzadə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib. Yadigar İsrafilovun adı isə bu cinayət işindən dolayı ictimaiyyətin diqqət mərkəzinə gəlib.

Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Zeynal Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur.

Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.


Xəbər 105 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +