Avropanın öz təhlükəsizliyinə ehtiyacı var - Tusk
ABŞ vətəndaşı Moskvada narkotiklə saxlanılıb
Bakıda daha bir böyük söküntü başlayır
FHN-ə işə düzəltmək adı 7800 manatını mənimsədi
Bakıda beşmərtəbəli binada yanğın başlayıb
“Diqtə edilmiş sülh qəbul edilməyəcək” - Şolz
Rusiya 15 yeni diviziya yaradır - Zelenski
Əliyev Vuçiçə təbrik məktubu göndərdi
Rusiya Çernobılı raketlə vurdu, yanğın çıxdı
Annalena Baerbok Trampa qarşı


15.02.2025  18:29 

Bakıda daha bir böyük söküntü başlayır





A+  A-

Keçən ilin fevral ayında Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, paytaxtın bir neçə rayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən bir çox binaların söküntüsü həyata keçiriləcək.

Suraxanı rayonu üzrə 1127 mənzildən ibarət 63, Nəsimi rayonu üzrə 5771 mənzildən ibarət 226, Xətai rayonu üzrə 2016 mənzildən ibarət 99, Nərimanov rayonu üzrə 3028 mənzildən ibarət 219, Nizami rayonu üzrə 1779 mənzildən ibarət 131, Yasamal rayonu üzrə 427 mənzildən ibarət 18, Səbail rayonu üzrə 535 mənzildən ibarət 41, Pirallahı rayonu üzrə 1174 mənzildən ibarət 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Təbii ki, aparılacaq bu söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.

Kirayə ev axtaranların sayı artacaq

Əmlakçı Mülkədar Rüstəmovun sözlərinə görə, Bakıda evlərin tikintisi üçün yararlı torpaq sahələri demək olar ki, qalmayıb. Məhz bu səbəbdən tikinti şirkətləri istismar müddəti başa çatmış binaları sökmək və yerində yeni mənzillər tikmək məcburiyyətindədirlər: “Bu proses şirkətlərə baha başa gəlir. Həm sökmək, həm vətəndaşları kirayə çıxarmaq, kompensasiya məbləği ödəmək, həm də yenidən bina inşa etmək mənzillərin qiymətinə təsir edir”.

M.Rüstəmov söküntülərin kirayə mənzil bazarına da ciddi təsir edəcəyini proqnozlaşdırır: “Əvvəllər kirayə mənzillərə daha çox tələbələr müraciət edirdi. Amma son 2-3 ildir kirayə axtaranlar sadəcə tələbələr deyil. Söküntü səbəbindən kirayə qalmağa məcbur olan insanlar da artır. Əvvəl kirayə mənzil axtaranda əşyalı evlərə üstünlük verərdilər. İndi isə insanlar binaları tikilənə qədər qalmaq üçün mənzil axtarırlar. Əşyalarını yerləşdirmək üçün də boş mənzillərə üstünlük verirlər”.

“Tələb təklifi həddindən artıq üstələyir”

Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov da razılaşır ki, hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə kirayə mənzil çatışmazlığı yaşanır: “Belə ki, tələb təklifi həddindən artıq üstələyir. Bu da qiymətlərin artımına və kirayə şərtlərinin daha da çətinləşməsinə gətirib çıxarır. Əvvəl əşyalarla dolu və boş mənzillər arasında 25-30 faiz qiymət fərqi var idisə, artıq heç bir fərq müşahidə edilmir. Artıq sahibkarlar bilirlər ki, kirayə mənzil bazarında durğunluqdur. Əvvəl gündə bazara 30-40 mənzil çıxırdısa, hazırda bu rəqəm maksimum 7-8 olur. Artıq insanlar əşyasız da olsa, təki mənzil olsun deyirlər. Çünki seçim azdır. Kirayə elanı paylaşılan mənzil maksimum 2-3 saatdan sonra tutulmuş olur. Buna görə də evlərin əksəriyyətini əşyasız kirayə verirlər”.

A.Nəsirovun fikrincə, kirayə mənzil bazarında qiymətlər hər gün yüksəlir. Bunun da səbəblərindən biri məhz söküntü işləridir: “Evləri sökülən vətəndaşlar kirayədə qalmalıdırlar. Bu da tələbi artırır. Qiymətlər artır. Bir neçə rayonda söküntü işlərinin eyni anda başlaması ilə tələb daha da arta bilər. Tələb təklifi bir neçə dəfə üstələyəcək. Bu baxımdan, söküntü işlərinin mərhələli şəkildə aparılması daha uyğundur”.

Qiymət artımı bir neçə il davam edəcək

Ekspert planlaşdırılan söküntülərlə əlaqədar yaxın gələcəkdə Bakıda kirayə qiymətlərinin enməsinin mümkünsüz olduğu qənaətindədir: “Əksinə, düşünürəm ki, Bakıda kirayə qiymətləri hələ bir neçə il də artmaqda davam edəcək. Kirayə qiymətləri yalnız Bakıda reallaşdırılan pilot layihələr bitdikdən sonra enə bilər. Evləri hazır olan sakinlər mənzillərinə köçəcək, yeni tikilən binada da kirayəyə çıxarılan mənzillər olacağı üçün buna ümid edə bilərik. Amma yaxın illərdə gözlənilmir”.

A.Nəsirovun sözlərinə görə, eyni səbəbin satış bazarına da təsir etdiyini söyləmək olar: “Satış bazarında da qiymət artımları davam edir. Keçən il 20 faizə qədər qiymət artımları müşahidə edildi. Satış bazarı üçün də ucuzlaşma mümkünsüzdür. 2025-ci il başlayandan da bu tendensiya davam edir. Bəzi vətəndaşlara evləri sökülərkən kvadratına görə pul ödənilir. İnsanlar da mənzil bazarına yönəlir. Beləliklə, tələbat artır, qiymətlər daha da yüksəlir. Pilot layihələr çərçivəsində köhnə binaların söküldükdən sonra yeni binaların tikintisinin gecikməsi də mənzil qiymətlərinə təsir edir. Layihə çərçivəsində tikintilər 3-4 il çəkir. Burada tikinti şirkətindən, iş sürətindən, aldığı icazələrdən də çox şey asılıdır. Şəhərdə bəzi ərazilərdə yarımçıq qalan binalar var. Hansı ki, insanlar evlərinə köçə bilmirlər. Pilot layihələr həyata keçirilərkən bəzi vətəndaşların evlərindən çıxmaq istəməməsi kimi məsələlər də prosesi uzadır və gecikdirir. O səbəbdən yaxın günlərdə kirayə bazarında və mənzil satışında qiymət enmələri gözlənilmir”. ("Kaspi" qəzeti)

Xəbər 355 dəfə oxunub.



15.02.2025  16:19 

Əməkdar jurnalist vəfat ETDİ

15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...


BÜTÜN XƏBƏRLƏR +