Ukraynaya qarşı döyüşən azərbaycanlı yaralandı
SİMA AZAL-ın portalına “paz”dır - ŞİKAYƏT
Mal ətinin maya dəyəri daha ucuza başa gəlir - Dövlət Komitəsi
Kadi “Qarabağ”a QAYIDIR?
Rövşən Mehdiyev həbsdə qaldı
Səməd Vurğunun qohumundan Əlisa Nicata CAVAB: Şizofirenik!
Aqil Abbas üzr istədi: “Haqlısınız, deməməli idim“
DYP sürücülərə müraciət etdi
Gürcüstanda qətlə yetirilən azərbaycanlı ilə bağlı AÇIQLAMA
Sabahın HAVAsı: Yağış yağacaq


04.02.2025  12:22 

Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan yeni fotoları





A+  A-

Ötən gün Tarix Muzeyində "Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası” mövzusunda kütləvi mühazirə keçirilib. Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvələri və digər ailə üzvləri iştirak ediblər.

XəzərNews.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı, Əməkdar elm xadimi Solmaz Rüstəmova Tohidi sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Rəsulzadənin virtual-ev muzeyi üçün yeni fotolar əldə edib. Ona bu şəkilləri M.Ə.Rəsulzadənin böyük qızı Lətifə xanımın ilk övladı, uşaq vaxtı anası və nənəsi ilə birgə Qazaxıstan sürgününün bütün məşəqqətlərini yaşamış Firuzə xanımın oğlu Həsən Məmmədov təqdim edib.

H.Məmmədov göndərdiyi bəzi şəkillərin nə üçün internet müstəvisində olmadığına da aydınlıq gətirib. O, anasının bu şəkilləri özü ilə bütün Qazaxıstanı dolaşdırıb qoruduğunu, sonra Bakıya gətirdiyini, anasının vəfatından sonra isə onların orijinallarını özündə saxladığını bildirib.

Sözügedən şəkilləri təqdim edirik:







Xəbər 1074 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.02.2025  17:32 

Kadi “Qarabağ”a QAYIDIR?

04.02.2025  17:00 

Rövşən Mehdiyev həbsdə qaldı

04.02.2025  15:37 

DYP sürücülərə müraciət etdi

04.02.2025  14:41 

Sabahın HAVAsı: Yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +