Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


20.03.2025  11:13 

Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu





A+  A-

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Yazıçılar Birliyinin üzvlərini, müəllimləri, elm adamlarını Azərbaycan dili üzrə imtahandan keçməyə çağırıb.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət Redaktor.az-a açıqlamasında DİM sədrinin imtahanla bağlı çağırışına cavab verib.

"Başqa ixtisas sahiblərini deyə bilmərəm, amma yazıçılarla bağlı onu deyə bilərəm ki, biz Azərbaycan dilindən imtahan verməyə hazırıq. Bircə xırda şərtim var, bizdən 1 saat əvvəlcə Məleykə xanım imla yazsın, əgər yaxşı yazırsa, səhvi yoxdursa, bütün yazıçılar Azərbaycan dilindən imtahan verməyə hazırdırlar. Mən xahiş edərəm, hamısı Azərbaycan dilindən imtahan verərlər. Şükür məsləhətinə, Milli Məclisdə bir nəfər çıxışında bildirmişdi ki, evdə xanım əgər yoldaşına çay verirsə, zəhmət çəkir, ona görə xanıma pul ödənməlidir. Başqa bir çox stajlı deputat demişdi ki, Azərbaycanda boşanmalar ona görə çoxdur ki, evlənənlər çoxdur. Belə çıxır ki, evlənməsinlər, boşanma da olmasın. Azərbaycan yazıçısına Azərbaycan dilindən imtahan vermək, şükür məsləhətlərinə, istəyirlərsə eləsinlər. Amma mənim şərtim var və bu tək Məleykə xanıma aid deyil, mənim seçəcəyim onlarla, yüzlərlə məmura da aiddir. Onlar imladan 3 alsınlar, mən bütün Azərbaycan yazıçılarından xahiş edirəm ki, gedin Azərbaycan dilindən imtahan verin", - deyə yazıçı bildirdi.

Xəbər 481 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +