İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


19.02.2024  14:29 

“Sərhədlər açılsa...” - Ekspert





A+  A-

4 ildir bağlı olan quru sərhədlərin nə vaxt açılacağı hazırda cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biridir. Bunun səbəblərinə gəlincə, əsas versiyalardan biri kimi, təhlükəsizlik məsələsi önə sürülür.

Seçkidən sonra quru sərhədlərin açılması ilə bağlı qərar veriləcəyi deyilsə də hələ ki, rəsmi məlumat yoxdur.

Xəzərnews.az xəbər verir ki, iqtisadçı-ekspert Elşad Məmmədov Bakupost.az -a deyib ki, quru sərhədlərin açılması zamanı həm epidemioloji, həm də iqtisadi-siyasi amillər nəzərə alınır:

“Bu tip məsələlərdə iqtisadi amillərdən kənar problemlər mövcud ola bilər ki, hökumət, Prezident bunların hər birini nəzərdən keçirməlidir. Mən bir iqtisadçı olaraq onu deyə bilərəm ki, bəli, quru sərhədlərin açılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər. Amma digər amillər də mütləq nəzərə alınmalıdır. Onların nəzərə alınmaması son nəticədə elə iqtisadiyyata öz təsirlərini göstərə bilər. O ki qaldı sırf turizmə, bəli, sərhədlər açılsa, ölkəyə gələn turistlərin sayı artar. Digər bir məsələ də ondan ibarətdir ki, quru sərhədlərin açılması şəraitində Azərbaycandan qonşu ölkələrə gedən turistlərin də sayında bir xeyli artım müşahidə edəcəyik. Onu da hesablamaq lazımdır ki, ölkəyə gələnlərin sayı çoxalacaq, yoxsa gedənlərin. Şəxsən mən hesab edirəm ki, böyük ehtimalla ölkədən xüsusilə Gürcüstana gedən turistlərin sayında artımlar ola bilər ki, bütün bunları da hökumətin aidiyyatı qurumları sözsüz ki, hesablamalıdırlar. Amma son nəticədə bir daha vurğulamaq istəyirəm ki, bu, yalnız iqtisadi parametrlərlə ölçülməməlidir”.

Xəbər 3771 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +