Ermənistan və İran əlaqələrin perspektivlərini müzakirə ediblər
Naxçıvanda 46 milyon manatlıq pozuntu aşkarlandı
Ukrayna Kursku pilotsuz təyyarələrlə vurdu
Sahibkar xanım nazirliyin qarşısında özünü yandırmağa cəhd edib
Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?
Tanınmış əyləncə klubunun fəaliyyəti dayandırıldı
Elçin Namazov faciəli şəkildə vəfat edib
Vətəndaşla tikinti şirkəti arasında kompensasiya davası - Video
Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...


05.06.2017  13:58 

“Sədərək”dən oğurluq edənlər tutuldu





A+  A-

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "isti izlər"lə keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində baş vermiş oğurluq hadisəsinin 3 saat ərzində açılması təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a daxil olan xəbərə görə, iyunun 4-də Qaradağ rayonu Lökbatan qəsəbəsindəki "Sədərək" ticarət mərkəzindəki mağazalardan birinin sahibi, Sumqayıt şəhər sakini Adil Məmmədov səhər tezdən iş yerinə daxil olarkən xeyli malın oğurlandığını görüb, vaxt itirmədən DİN-in "102 Zəng Mərkəzinə" bu barədə məlumat verib.

Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşları hadisə yerini müayinə edərkən oradan 5220 manat dəyərində geyim əşyalarının oğurlandığını aşkar ediblər.

Rəis müavini, polis mayoru Kənan Abışovun rəhbərliyi ilə yaradılan əməliyyat qrupu cinayətin "isti izlər"lə açılması üçün təxirəsalınmaz tədbirlərə başlayıb.

Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə səhər saat 5 radələrində hadisənin baş verdiyi yerə taksi fəaliyyəti göstərən avtomobilin yaxınlaşdığı müəyyən edilib. Sonrakı tədbirlərlə həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyənləşdirilərək sürücüsü saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin səhər saatlarında tanımadığı 2 nəfəri müştəri qismində əllərindəki yüklə Maştağa qəsəbəsinə apardığı müəyyənləşdirilib.

Ünvan dəqiqləşdirildikdən sonra həmin ərazidə xidmət aparan Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşları ilə birgə davam etdirilən tədbirlərlə həmin mənzilə baxış keçirilərkən orada olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Qarayev və Tovuz rayon sakini Rövşən Rüstəmov şübhəli şəxs qismində saxlanılıblar. Mənzildə olan mağazadan oğurlanmış geyim əşyaları isə maddi sübut kimi götürülüb.

Ətraflarında aparılan tədbirlərlə onlar həmin ərazidə 4 gün əvvəldən müşahidə apardıqlarını, nəzarət kameraları olmadığından məhz həmin mağazanı hədəf götürdüklərini etiraf ediblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər 1427 dəfə oxunub.



14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb


BÜTÜN XƏBƏRLƏR +