Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


05.06.2017  12:58 

Dörd ölkə Qətərlə bütün diplomatik əlaqələri kəsdi - Qalmaqal





A+  A-

Dörd ərəb dövləti –Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətərlə olan bütün diplomatik əlaqələrə son qoyublar.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk addımı atan Bəhreyn olub. Rəsmi Manama (Bəhreynin paytaxtı-red.) krallığın təhlükəsizliyi və stabilliyi naminə belə bir addım atdığını vurğulayıb. Eyni zamanda, Qətər bu ölkənin daxili işlərinə qarışmaqda, ölkədəki silahlı terror qruplaşmalarına dəstək olmaqda ittiham edilib.

Bəhreyn qətərli diplomatlara ölkəni tərk etmələri üçün 48 saat vaxt verib. Eyni zamanda, rəsmi Doha ilə avia və dəniz səfərləri dayandırılıb, Qətər vətəndaşlarının ölkəyə girişinə və yerli vətəndaşların bu ölkəyə səfərinə qadağa qoyulub.

Bəhreynin bu qərarından sonra analoji addımı Ər-Riyad, Qahirə və Əbu-Dabi də atıb. Misir Qətəri öz ölkəsinə qarşı düşmən münasibəti bəsləməkdə günahlandırıb. BƏƏ Dohanı “Müsəlman qardaşları” da başda olmaqla terror qruplaşmalarına maliyyə dəstəyi göstərməkdə ittiham edib.

Xəbər 1442 dəfə oxunub.



14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +