Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar


30.04.2025  10:17 

Xomeneyinin xeyir-duası, Pezeşkianın səfəri, Əliyevin qələbəsi...





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Mübariz Əhmədoğlu bu günkü təqdimatında Məsud Pezeşkianın Azərbaycan səfərinin gələcək münasibətlərə təsiri, İranın nüvə danışıqlarında tutduğu mövqe, ABŞ-nin İrana qarşı artan təhdidləri fonunda İsrailin duruşu və Azərbaycanın gərginləşən regional münasibətlərə verə biləcəyi yumşaldıcı töhvələrdən danışıb.

M.Əhmədoğlunun video -materialda səsləndirdiyi fikirlərin xülasəsini təqdim edirik:

- İran nüvə danışıqlarında çətinliyə düşərsə, Azərbaycanın kömək etmək imkanı var. Bu o deməkdir ki, İranın indi düşdüyü vəziyyətdə Azərbaycanın rolunu başa düşürlər. Bu İranın nüvə texnologiyası ətrafında gedən danışıqlarla bağlı ola bilər. İran danışıqlara gedir, verdiyi reaksiya simptomatikdir.

Bəllidir ki, İran ümumilikdə nüvə danışıqlarını modernləşdirə, vahid bir proqram halına sala bilməyib. “Dolayısı danışıq” terminindən tez-tez istifadə olunur. Danışıqlar ancaq Əmmanda keçirilməlidir. Hətta Romada keçirilən danışıqlar da Əmmanın İtaliyadakı səfirliyinin binasında keçirildi. İran XİN Avropa üçlüyünü tənqid edir. Sonradan özü yeni bir bəyanatla Avropanın nüvə üçlüyünün işə düşməsinə çağırır. ABŞ-la aparılan danışıqlar ortalığa istənilən sürprizi qoya bilər. ABŞ İrana 10 gün ərzində nüvə avadanlıqlarını Rusiya ərazisinə daşımağı tələb edə bilər. İndi İran bu danışıqları yubatsa və yaxud rədd etsə İran tək nüvə deyil, raket, PUA silahlarından da məhrum olacaq, ərazi itkisinə məruz qalacaq.

İran sərhədindəki ərazilər Küveytə, Sistan, Bəlucistan Səudiyyə Ərəbistanına keçəcək. BƏƏ-də üç ada ona qalacaq. Azərbaycan və kürd faktoru bu proseslərdə iştirak etməyəcək. Elə vəziyyət yarana bilər ki, ABŞ-la danışıqlardan imtina İranın faydasına ola bilər. Hətta İsraillə danışıq İran üçün ABŞ-la danışıqlardan sərfəli ola bilər. Belə vəziyyət yalnız Azərbaycan Prezidentinin iştirakı ilə mümkündür. Azərbaycan İrana İsraillə danışıq zamanı istənilən qədər vaxt ala bilər və yaxud digər müşkül mövzuları müzakirə edə bilər.



İran üçün İsrail heç də axırıncı düşmən deyil.

Qəzza müharibəsindən sonra Rusiya iki dəfə İrana İsrailə hücuma keçməyi təklif etdi. Çünki RF-in də İsraillə problemi var idi. İranın ali rəhbəri buna qulaq asmadı. Buna görə də ABŞ-ın Rusiya ilə birlikdə İranın nüvə proqramında prioritetliyi İran üçün sərfəli deyil.

Səudiyyə Ərəbistanı faktoru var. Əlbəttə, Azərbaycanın rolunu ideallaşdırmaq istəmirik. İranın ali rəhbəri D.Trampla öz kabinetindən də danışa bilər. D.Tramp artıq bunu bəyan edib. İranın al rəhbəri, prezidenti ilə danışığa hazırdır. Ali rəhbər intellekt baxımından D.Trampdan geridə deyil, bəlkə də üstündür. Sadəcə ola bilər ali rəhbər nüvə terminologiyasını bilməsin. İranda ən güclü nüvə danışıqçısı indiki xarici işlər naziri A.Əraqçıdır. A.Əraqçının tərcüməçiliyi ilə ali rəhbər D.Trampla onlayn görüş keçirə bilər.

İranla Azərbaycan arasında “üçüncü qüvvə” hamısı İranın daxilindədir. Ermənistandakı səfiri diplomat deyil, diplomat heç vaxt “Sünik yolundan Azərbaycan keçə bilməz” kimi ifadə işlədə bilməz. Azərbaycanlıların İran xalqının tərkib hissəsi olduğunu deyə bilməz, diplomat etiketi buna imkan vermir.

Puya Hüseyni tək deyil, onların İranda da kökü var. S.R.Xomeyninin nəvəsi Seyid Həsən Xomeyninin Vatikanın İrandakı səfirliyinə gəlib, başsağlığı verməsi də İranın ali rəhbərinin hakimiyyətdən uzaqlaşdırılması prosesinin başlanğıcını göstərir. Belə xəstə düşüncəli farslar, indiki və keçmiş Sepahçılar Həsən Xomeyninin arxasıdır.

İndiki İranın müəllifi Seyid Əli Xameneidir və özü də İran dövlətini bu vəziyyətdən çıxartmaq iqtidarındadır.



Xəbər 552 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +