İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


06.12.2018  15:38 

Trampın 2019-da hədəfi Cənubi Qafqaz olacaq - İlk tapşırıq Yerevan





A+  A-

2019-cu ildə Tramp administrasiyası öz fəaliyyətini postsovet məkanında aktivləşdirməyi planlaşdırır.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ-ın özəl kəşfiyyat-analitik şirkəti olan “Stratfor” yazır. Analitiklərin fikrincə, Rusiyanın qarşısını almaq üçün Donald Tramp administrasiyası 2019-cu ildə Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda öz nüfuzunun artmasına yönəlik addımlar atacaq. İlk növbədə, Moskvanın yaxın tərəfdaşlarına diqqət yetiriləcək. Bura Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr aid olacaq.

Təhlilə görə, obyektiv səbəblərdən Belarusu Rusiyadan qoparmaq çətin olacaq. Buna görə də, ABŞ əsas cəhdlərini Mərkəzi Asiya və Cənubi Qafqazda diplomatik səyləri fəallaşdırmağa yönləndirəcək. Bununla yanaşı, Minsk diqqətdən kənardan qalmayacaq. Yaxın tapşırıq kimi Ağ Ev özü üçün Ermənistanla sıx qarşılıqlı əlaqələrin qurulmasını müəyyənləşdirib.

“Stratfor” yazır ki, qərb analitikləri KTMT-ni zəif hərbi-siyasi alyans hesab edirlər. Ekspertlərin fikrincə, razılaşmaya yenidən baxılmalıdır, əks halda təşkilat gec-tez dağılacaq. İlk olaraq, ona görə ki, KTMT bir dəfə də olsun öz üzvlərindən hansısa birinə hərbi dəstək göstərməyib.

2010-cu ildə Qırğızıstan hökuməti daxili silahlı münaqişəni nizama salmaq üçün ölkəyə qoşun yeridilməsini xahiş etsə də, rədd cavabı alıb.

Ermənistana müttəfiqlərdən heç biri Dağlıq Qarabağ müharibəsində yardım etmir. Hətta Azərbaycan qoşunları Tavuş əyalətinə daxil olanda, Yerevan dəstəksiz qalmışdı. Bundan başqa, KTMT-nin tərəfdaşları olan Rusiya, Belarus və Qazaxıstan Azərbaycana silah satır.

Qısası, Moskva özü də qismən yaxın dostlarının köməyindən məhrumdur. Belə ki, indiyə qədər təşkilata daxil olan heç bir ölkə rəsmi olaraq Krımı Rusiya ərazisi kimi tanımayıb. O cümlədən, Rusiyanın ilhaq etdiyi Cənubi Osetiya və Abxaziyanın da müstəqilliklərini Moskvadan başqa KTMT üzvlərindən heç biri tanımır. Rusiya Suriyadakı müharibəni artıq 3 ildir ki, təkbaşına aparır. Bu müddət ərzində təkcə Ermənistan Suriyaya hansısa humanitar missiya göndərmək niyyətində olduğunu ifadə edib.

Analitiklər hesab edirlər ki, Rusiya KTMT iştirakçılarından ən çox rus qoşunlarının yerləşdirildiyi Tacikistana və rus bazasının olmadığı Belarusa bel bağlaya bilər. Kremlin ən etibarsız müttəfiqi isə Qazaxıstandır. Hansı ki, Astana birtərəfli qaydada ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edib və kirili latın əlifbasına dəyişib. Son 20 ildə Astana ştatlardan silah alır və təhsil almaları üçün öz nümayəndələrini ABŞ hərbi akademiyalarına yollayır.

Ermənistan isə yaxın tarixə qədər Rusiyanın ən etibarlı müttəfiqi hesab edilə bilərdi. Lakin bu il məxməri inqilab qalib gəldi və bundan istifadə edən Amerika dərhal öz emissarı Con Boltonu danışıqlar üçün bu ölkəyə göndərdi. Amerikadan silah almaq təklifini eşidən Paşinyan dərhal Rusiya ilə əlaqələri qoparmağa hazır olduğunu dolayı şəkildə ifadə etdi. Ardınca isə KTMT-nin baş katibinə qarşı cinayət işi açdırdı.




Xəbər 1580 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +