Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı


18.03.2021  21:48 

Azərbaycan Ordusunun təlimləri başa çatdı - Video





A+  A-

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri uğurla başa çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas diqqət Vətən Müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılması, döyüş texnikasının və digər hərbi vasitələrin tətbiqi, o cümlədən qoşunların terrorçu dəstələr (qruplar) və qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatlarının həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarının icra edilməsinə yönəldilib.

Mürəkkəb şəraitdə keçirilən təlimlərdə müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə əsasən qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə əldə edib, həmçinin, yüksək səhra vərdişləri nümayiş etdirib.



Xəbər 1653 dəfə oxunub.





22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +