Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


28.02.2020  23:57 

Bakıda avtobuslar dezinfeksiya edilir





A+  A-

"Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib".
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev XəzərNews.az-a bildirib ki, bununla bağlı bütün daşıyıcılara yazılı məktub göndərilib:

"Ətraf kənd və qəsəbələr istiqamətində işləyən müntəzəm marşrut xətləri üzrə avtobuslar koronavirus əleyhinə dezinfeksiya olunur. Dezinfeksiya işlərində xüsusi tərkibli dərman məhlulu vasitəsilə avtobusun salonu, oturacaqlar, sürücü kabinası dezinfeksiya edilir".

Onun sözlərinə görə, kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək:

"Bildiyiniz kimi "Ayşən LTD" şirkətinin istehsalat bazasında dezinfeksiya olunan 100-ə yaxın avtobus əsasən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərir.
Son zamanlar yeni koronavirus (2019-nCoV) xəstəliyinin yaranması və bəzi ölkələrdə yayılmasını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını zəruri edib".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Operativ qərargahdan verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksuna yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Xəbər 1604 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +