Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


01.05.2018  11:57 

Jurnalistlərə tikilən binadan “ev veren“ redaktora 8 İL HƏBS





A+  A-

"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.
XəzərNews.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin vəkili çıxış edərək müvəkkili barəsində şərti cəza verilməsini xahiş edib.

Zərərçəkən çıxış edib ki, bu adam kiməsə arxayındır: "Nə istintaq, nə də məhkəmə bəzi detalları ortaya çıxarmadı. Görünür kimsə buna nəsə söz verib və deyib ki, səni çıxardacağıq. Bu bilmirdi ki, belə işlərin axırı pis olacaqdı".

Məhkəmədə son sözlə çıxış edən Gündüz Hüseynov məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib: "Özümü qismən günahkar hiss edirəm. Mənim də elədiyim olub, amma hər şeyin çoxunu edənlər çöldədir".

Təqsirləndirilən cibindən iki körpə uşağının şəkilini çıxardaraq hakimlərə göstərib: "Bu uşaqları görürsünüz, bunların gələcəyini nəzərə almağınızı xahiş edirəm".

Xatırladaq ki, prokuror çıxışında Gündüz Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər kollegiyasının hökmünə əsasən isə, Gündüz Hüseynov 3 il rəhbər və jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il azadlıqdan məhrum edildi.

Qeyd edək ki, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. O bütün zərərçəkənlərə jurnalistləri tikilən binada ev verdirəcək vədi verib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Gündüz Hüseynov da bundan qabaq 3 dəfə məhkumluq yaşayıb.

Xəbər 1570 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +