Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


09.02.2025  15:46 

Şahnaz Bəylərqızı ilə bağlı prezidentə müraciət olundu





A+  A-

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət ediblər.

XəzərNews.az xəbər verir ki, hüquq müdafiəçiləri hazırda həbsdə olan jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağı xahiş ediblər.

Onlar Şahnaz Bəylərqızının səhhətində mövcud olan problemlərlə bağlı narahatlıq bildiriblər:

“O, beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb. Hazırda da o, Kürdəxanı İstintaq Təcridxanasının tibbi hissəsində saxlanılır və həkim nəzarəti altındadır. Onu da qeyd edək ki, jurnalistin himayəsində iki azyaşlı övladı var”.

Hüquq müdafiəçiləri Prezident və Birinci Vitse Prezidentin onların müraciətinə dəfələrlə diqqətlə yanaşdıqlarını və humanist münasibətin şahidi olduqlarını qeyd ediblər:

“Sizdən jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağınızı xahiş edirik”.

Qeyd edək ki, Şahnaz Bəylərqızı “Toplum TV”nin cinayət işi ilə əlaqədar qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Xəbər 1924 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +