Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


08.02.2025  17:18 

Bu məntəqələrdə nəticələr saxtalaşdırılıb





A+  A-

56 saylı Xaçmaz-Şabran dairə seçki məntəqəsinindən şikayətlə daxil olan protokollarda qeyd edilən səslərlə rəsmi nəticələr arasında uyğunsuzluq var.

XəzərNews.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum üzvü Baxşeyiş Əsgərov bildirib.

O deyib ki, 52 saylı seçki məntəqəsindən daxil olan şikayətdə təqdim edilən protokollarında namizədin 117, rəsmi nəticələrdə isə 17 səs topladığı göstərilib:

"24 saylı seçki məntəqəsindən Könül Abdullayevanın protokolda 110, rəsmi nəticələrdə isə 10 səs topladığı göstərilib.

Namizəd Gülbala Məlikovun protokolda 200, rəsmi nəticələrdə isə 2 səs topladığı qeyd edilib".

B.Əsgərov qeyd edib ki, ümumilikdə 6 məntəqədə nəticələr saxtalaşdırılıb:

“Müraciət edilmiş şəxslər tərəfindən araşdırmaya təqdim edilmiş 56 saylı Xaçmaz-Şabran dairə seçki dairəsinin Rəhimli bələdiyyəsinə seçkilər keçirilən 24, 52, 53 məntəqələrində səsvermənin nəticələri haqqında protokolların müvafiq məlumatları saxtalaşdırması hallarının mövcud olmasına əsaslı şübhələr yaranması ilə bağlı müvafiq seçki subyektlərinin əməlində cinayət tərkibinin olub-olmamasın müəyyən edilməsi üçün seçki sənədləri Baş Prokurorluğa təqdim ediləcək”.

Xəbər 2037 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +