Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


04.12.2021  13:26 

Əli Əliyevin partiyasında istefalar: Diktator kimi idarə edir...





A+  A-

Son vaxtlar Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində yaranmış qalmaqallar gündəmi zəbt etməkdədir. Belə ki, İranda müxtəlif şəxslərlə görüşən və media orqanlarında bu görüşlərlə əlaqədar fotoları dərc olunan Əli Əliyev özünü başqa formada göstərməkdədir.

Həmin görüşlərdə fotoların yayılmasının ardından partiya sədrinin təşkilat daxilində özünə kiçik bir dünya qurması və özünü “imperator” elan etməsi kimi məlumatlar yayılıb. Əslində, VİP sədrinin keçmiş müavini Əliyar Şirməmmədovun istefasından və verdiyi kəskin bəyanatdan sonra partiya baş verənlər insanlar arasında ikrah doğurdu.

Sabiq müavin, mətbuata açıqlamasında sədr Əli Əliyevin partiyanı diktator kimi idarə etdiyini, partiya üzvlərini sıxışdırdığını bəyan etdi. Lakin VİP sədri bu məsələyə yönəlik çıxışlarında partiyada hamının mövcud mühitdən razı qaldığını, təkcə Ə.Şirməmmədovun partiyadan narazı qaldığını açıqladı. Ancaq sonradan məlum oldu ki, heç də belə deyil. Partiyada "yarpaq tökümü" əslində vəziyyətin ürəkaçan olmadığı gerçəyini ortaya qoydu. Belə ki, redaksiyamıza daxil olmuş məlumata əsasən, partiyanın Nizami rayon təşkilatının sədri Bəşir Əhmədov və Masallı rayon təşkilatının üzvü Mahir Hüseynov partiyadan bəyanatla istefa verib.

XəzərNews.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Demokrat.az istefa vermiş şəxslərlə əlaqə saxlayıb. Masallı rayon təşkilatının sabiq üzvü Mahir Hüseynov saytımıza açıqlamasında bildirib ki, onun partiyadan istefa səbəbi fikirlərinə hörmət olunmaması ilə bağlıdır:



“İstefa səbəbimi qeyd etmişəm. Yazdıqlarımın hamısı üst-üstə düşür, çəkilən imza da mənimdir. Partiyada çoxlu qarmaqarışıqlıqlar oldu və fikirlərimiz üst-üstə düşmədi. Ona görə də, istefa verdim. Bəzi hallarda fikirlərimi çatdıra bilmirdim, yaxud da ki, fikirlərimə hörmət olunmurdu, dediklərimi qəbul etmirdilər. Əgər partiyada bir funksiyam yoxdursa, mən orada niyə əyləşməliyəm?”.

Nizami rayon təşkilatının keçmiş sədri Bəşir Əhmədov isə bildirib ki, istefa verməyinin səbəbi partiyada cərəyan edən özbaşınalıqlardır:



“Mən Nizami rayon təşkilatının sədri idim. Bizim fikirlər öyrənilmədən Əli müəllim kimi gəldi, hara gəldi, çıxardıb qoyurdu. Bizim fikirlər onun üçün önəmli deyildi. Mən şəxsən o partiyada demokratiya görmədim. Həm də məni bəzi məsələlər qane etmədiyi üçün istefamı verdim. Əli müəllimin çıxışlarında dediyi kimi bərabərlik, partiyanın daxilində qayda, demokratiya yoxdur. Misal olaraq, bir dəyişiklik olanda, bizim fikirlərimiz öyrənilməli idi. Ancaq fikirlərimiz öyrənilmədən sərbəst qərarlar verilirdi. Bizim nə düşündüklərimiz önəm daşımadığından, fikirlərimiz öyrənilmədən qərar verildiyindən bu münasibət məni qane etmədi və istefa vermək qərarına gəldim”.

Xəbər 1457 dəfə oxunub.



24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +