Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


14.08.2017  09:03 

Yardımlıda dua yazılan qadın ölüb - Şok iddia





A+  A-

Yardımlıda evindən cadu tapan qadın 8 gün sonra yatağa düşüb, 3 ay sonra isə dünyasını dəyişib. Ailə qadının cadudan öldüyünü iddia edir.
XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, ailənin gəlini, Firəvan Abışovanın valideynləri qızlarının ailəsində söz-söhbətə son qoymaq və onun firəvan yaşaması üçün mollaya şirinlik duası yazdırıblar. Gəlin də bu duaları evindəki sandıqda və zirzəmidə gizlədib. Qaynana Cəmilə Ağabalayeva bu duaları təsadüf nəticəsində tapıb.

Ailəsinin dediyinə görə, cadunu məhv etmək istəyən qayınanaya hansısa qüvvə güclü zərbə endirib.

Bundan 8 gün sonra Cəmilə Ağabalayeva yatağa düşüb. Onu Bakıda və Rusiyada tanınmış həkimlərə göstəriblər, müxtəlif müayinələrdən keçiriblər. Lakin, qadının hansı xəstəlikdən əziyyət çəkdiyi aydınlaşmayıb. Cadunun tapıldığı gündən 3 ay sonra qadın dünyasını dəyişib. Ailə üzvləri duaları oxumaq üçün din xadimlərinə təqdim ediblər. Onlar da bu yazıların açılmamasını, birdəfəlik məhv edilməsini məsləhət görüblər. Xəbərdarlıq ediblər ki, cadu açılarsa ailəni böyük bədbəxtlik gözləyir. Hətta evin oğlu cadunu mollaya oxutmaq üçün Rusiyaya aparanda qəzaya düşüb.

Ailənin bildirdiyinə görə, əvvəl əməlləri inkar edən Yardımlının Anzov kənd sakini molla Fərzulla əməlini törətdiyini etiraf edib və 15 manata şirinlik duası yazdığını deyib.

Din xadimləri bildirirlər ki, bütün bunlar dini maarifçiliyin zəif olması ilə əlaqədardır. Psixoloq alimlər isə deyirlər ki bu mövhumat və cahilliyin nəticəsidir. Sadəcə buna inan insanlar özlərini psixoloji gərginliyə salırlar. Bu zaman isə baş verən hər xoşagəlməz hadisəni caduyla bağladıqları üçün psixi sarsıntı keçirirlər. Əslində isə cadunun heç bir real təsiri yoxdur.

Xəbər 2074 dəfə oxunub.



24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +