Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO
Kiyevdə azərbaycanlı alimin də evi raket hücumundan zərər gördü
Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib


24.04.2025  10:45 

Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli





A+  A-

"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mə­nəvi – ruhani dünyasının poetik ifadəsidir.

Yıxıldım üzüm üstdə,
Yer, mənə ağlamadı!
Asdılar sözüm üstdə,
Dar,mənə ağlamadı!

Məna var hər çalarda,
Boğuldum bu çalada!
Saldığım bağçalarda,
Bar, mənə ağlamadı!

Salavat çəkdim Aya,
Haqqımız gələ saya...
İtibdir abır-həya,
Ar, mənə ağlamadı!

Hərə nəyəsə bağlı,
Sevdim mən də qış nağlı!
Dedim göyərsin ağlım,
Qar, mənə ağlamadı !

Dünya-qədim bazardı,
Al-veri bir azardı!
Bu bazara, söz ardı...
Var, mənə ağlamadı!

Məqama ün düz oldu,
Ay-para, gün-düz oldu!
Dağların bir ahına,
Gecəsi gündüz oldu!

* * *

İş-gücüm yaman çoxalıb,
gündə min günah yuyuram!
Səndə bir günah gəzirəm,
mən də min günah yuyuram!

Göydən düşüb yer əyildim,
bir ev tikib yer əyirdim!
El-el buzlaşıb əridim,
gendə min günah yuyuram!

Tanrım! Yenə yerdəki-mən,
öz yolumdu, bir də ki, mən!
Sən verdiyin dindəki - mən,
dində min günah yuyuram!



Xəbər 255 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +