Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


28.06.2024  21:47 

FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var





A+  A-

Stavropol diyarının Pyatiqorsk şəhərində fəaliyyət göstərən “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov, Gənclər təşkilatının rəhbəri Araz Məhərrəmov, qurumun hüquqşünası Elçin Cənnətov və təchizatçısı – informasiya işinə məsul Murad Muradov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Xəzərnews.az Diaspora.TV-yə istinadən xəbər verir ki, “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin ofisində həyata keçirilən əməliyyatdan sonra saxlanılanlar Federal Təhlükəsizlik Xidmətinin (FTX) Stavropol Regional Mərkəzinə aparılıb.

Əməliyyat zamanı azərbaycanlılarla yanaşı, özbək və taciklərdən ibarət qrupların da saxlanıldığı vurğulanır. Onların yaşayış izni almaq üçün rus dili imtahanı ilə bağlı saxta sənəd düzəltdikləri iddia olunur.


Foto: Təhmasib Zeynalov

İddiaya görə, Pytiqorski şəhərindəki diaspor fəallarımız azərbaycanlılara və özbəklərə - ümumilikdə isə 11 nəfərə sənəd düzəltməkdə ittiham olunurlar. Onların konkret şikayət əsasında saxlanıldıqları bildirilir.

Məlumata görə, Milli-Mədəni Muxtariyyətin sədri Təhmasib Zeynalov, Gənclər təşkilatının rəhbəri Araz Məhərrəmov və təhcizatçı – informasiyaya məsul Murad Muradov saxlanıldıqdan bir neçə saat sonra başqa yerə getməmək şərtilə sərbəst buraxılıblar.


Foto: Araz Məhərrəmov

Azərbaycan Milli-Mədəni Muxtariyyətinin hüquqşünası Elçin Cənnətov isə FTX-nin Stavropol Regional Mərkəzində saxlanılır, haqqında cinayət işi qaldırılıb.

Hazırda faktla bağlı araşdırma gedir.

Diaspora.TV hadisənin təfərrüatını öyrənmək üçün Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalovla əlaqə saxlamağa cəhd edib. Lakin T.Zeynalov gün ərzində etdiyimiz zənglərə və yazdığımız mesajlara cavab verməyib.


Foto: Elçin Cənnətov

Sərbəst buraxılan Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təchizatçısı – informasiyaya məsul Murad Muradov isə Diaspora.TV-yə faktı təsdiqləyib. Qeyd edib ki, o və digərləri həqiqətən də saxlanılıb, bir neçə saatdan sonra sərbəst buraxılıblar:

“Nədə ittiham olunduğumuzu dəqiq deyə bilmərəm, araşdırma gedir. Əməliyyat zamanı mən ofisdə olmamışam, amma otağımda araşdırma aparılıb. Məni, T.Zeynalovu və A.Məhərrəmovu elə həmin gün buraxdılar, Elçin Cənnətovu isə buraxmayıblar. Yəqin ki, məhkəmə zamanı hər şey aydın olacaq. Təkcə azərbaycanlıları deyil, özbəkləri və tacikləri də saxlayıblar”.


Foto: Murad Muradov

Xəbər 16578 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +