Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


11.05.2018  15:21 

“Bu, Ermənistan üçün ölüm-dirim məsələsidir”





A+  A-

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Paşinyanın Ermənistanın baş naziri seçilməsindən sonra hökumətdə baş verəcək dəyişikliklərə toxunub.
XəzərNews.az bildirir ki, o, bununla bağlı “Qafqazinfo” ya açıqlamasında hökumətdə hələ ciddi dəyişiklik baş vermədiyini vurğulayıb: “Bizdə olan məlumata görə, o hələlik iki-üç adamı vəzifəyə təyin edib. Bu baxımdan dəyişikliklərin olacağını demək çətindir. Ümumiyyətlə isə, ciddi dəyişiklik gözləmirəm. Çünki hökumətin tərkibi heç nə həll etməyəcək. Yəni, bu, Ermənistanda olan problemləri həll etməyəcək. Problemlər ondan irəli gəlir ki, onlar artıq müstəqilliyi elan edəndən sonra Azərbaycan və Türkiyəyə qarşı düşmən və işğalçı münasibət bəsləyirdilər. Bunun nəticəsində onların iqtisadiyyatı, siyasəti, demoqrafik vəziyyəti böhran içindədir. Təbii ki, bu böhranın çözülməsi üçün Qarabağ məsələsini həll etmək lazımdır. Amma ilk addımları onu göstərir ki, köhnə siyasətçilərin xəttini təkarlayacaqlar. Deməli, hökumət problemləri həll etməyəcək”.

T. Zülfqarov qeyd edib ki, Paşinyanın hakimiyyətə gəlməsində Rusiyanın tələbi ondan ibarət idi ki, seçki parlamentdə baş tutmalıdır: “Biz gördük ki, Paşinyan həmin tələbə əməl etdi. Bundan sonra qəribə bir vəziyyət yarandı. Ona qarşı olan hakimiyyət partiyası lehinə səs verdi. Bu onu göstərir ki, “siyasi sistem” onların dediyi kimi formalaşmış bir sistem deyil. Məntiqsiz addımlar atan bir sistemdir. Buna görə də hesab edirəm ki, Paşinyanın səfəri artıq baş verib. Rusiyalı siyasətçilər ona aid bəyanatlar veriblər və onu qəbul ediblər. Bəzi müşahidəçilərin dediyi kimi, Ermənistan Rusiyaya yox, Rusiya Ermənistana lazımdır. Bu baxımdan Paşinyan çalışacaq ki, özünü elə göstərsin ki, onun Rusiyaya münasibəti olduğu kimi qalsın. Buna görə də Rusiyaya səfər onlar üçün vacibdir. Bu səfərin nəticəsi Ermənistan üçün ölüm-dirim məsələsidir. Rusiya öz təhlükəsizlik qarantiyasını götürsə, onlar başa düşürlər ki, birmənalı olaraq Azərbaycan erməniləri qıracaq. Bundan çox ehtiyat edirlər”.

Xəbər 2447 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +