Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


12.07.2017  14:08 

Həmsədrlər payızda yenidən regiona gələcəklər





A+  A-

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 iyul 2017-ci il tarixində Brüsseldə keçirilmiş görüşü ilə əlaqədar XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
XəzərNews.az xəbər verir ki, Hikmət Hacıyev həmsədrlərin payızada yenidən regiona səfər edəcəyini bildirib:

“Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib. Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılmışdır.

Görüş əsansında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirmişdir ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsdərlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.

Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayib.

Xəbər 1760 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +