01.02.2017 11:02
Yanvarın 31-i gündüzdən fevralın 01-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
XəzərNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yanvarın 31-dən fevralın 01-i səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Böyük Qafqazda 1-5, Kiçik Qafqazda 0-2, Naxçıvan MR-da 1-3, Lənkəran-Astara zonasında 4-16, Mərkəzi Aran rayonlarında 2-10, Qazax-Gəncə zonasında 2-8 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 23, Maştağada 8, Zabrat, Sumqayıtda 3, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda (Qax) 69, Şəkidə 25, Kişçayda 24, İsmayıllıda 22, Qubada 18, Altıağacda 17, Qəbələdə 13, Xaltan, Zaqatalada 12, Oğuzda 11, Mərəzədə 10, Qusar, Şamaxıda 9, Balakəndə 7, Lənkəran-Astara zonasında: Lerikdə 32, Rvarudda 28, Yardımlıda 19, Göytəpədə 17, Kəlvəzdə 8, Lənkəranda 6, Kiçik Qafqazda: Daşkəsəndə 19, Gədəbəydə 18, Göygöldə 11, Naxçıvan MR-da: Ağdərədə 70, Şahbuzda 38, Şərurda 34, Naxçıvanda 32, Mərkəzi Aran rayonlarında: Tərtərdə 23, Beyləqanda 15, Bərdədə 13, Göyçayda 10, Yevlaxda 7, Mingəçevirdə 3, Qazax-Gəncə zonasında: Tovuzda 30, Ceyrançöldə 19, Ağstafada 12, Gəncə, Cəfərxanda 6, Naftalanda 4, Şəmkirdə 3, Ağdamda 2 sm olub.
Havanın minimal temperaturu fevralın 01-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 12-17, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.
|
22.03.2025 17:47
22.03.2025 15:55
22.03.2025 14:39
22.03.2025 13:02
22.03.2025 12:25
22.03.2025 11:57
22.03.2025 11:43
22.03.2025 11:30
22.03.2025 11:18
22.03.2025 10:26
22.03.2025 10:00
22.03.2025 09:56
21.03.2025 22:58
21.03.2025 11:59
21.03.2025 11:23
21.03.2025 11:18
20.03.2025 22:14
20.03.2025 21:20
20.03.2025 20:05
20.03.2025 14:11
20.03.2025 11:21
20.03.2025 11:13
20.03.2025 11:08
19.03.2025 17:01
19.03.2025 16:27
19.03.2025 16:14
19.03.2025 15:15
19.03.2025 14:35
19.03.2025 14:03
19.03.2025 13:58
19.03.2025 13:14
19.03.2025 13:04
“Azadlıq” radiosu ABŞ-ın Qlobal Media Agentliyini məhkəməyə verib
19.03.2025 13:00
19.03.2025 12:31