İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


06.10.2021  16:54 

Jurnalist Anar Abdullaya 15 sutka verildi





A+  A-

Jurnalist və ictimai fəal polis bölməsində təzyiqə məruz qaldığını deyib.

Jurnalist və ictimai fəal Anar Abdullaya 15 sutka inzibati həbs cəzası verilib. Oktyabrın 6-da Nərimanov Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərara əsasən, Anar Abdulla İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib.

Jurnalistlər məhkəmə prosesinə buraxılmayıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, jurnalist məhkəmədə həm xırda xuliqanlıq, həm də polisə tabesizlik ittihamını rədd edib. O bildirib ki, polis bölməsində haqqında tərtib olunmuş və məhkəməyə təqdim olunan inzibati xəta protokolunda yazılanlar həqiqətə uyğun deyil. O, oktyabrın 5-də polis bölməsinə çağrılıb və könüllü şəkildə gedib.

Məhkəmə binasına polis əməkdaşlarının müşayiətilə qandallı vəziyyətdə gətirilən jurnalist maşından düşürülüb binaya aparılarkən dünəndən saxlandığı polis idarəsində zorakılığa məruz qaldığını deyib.

Anar Abdullanın yaxınları qərarın əsassız olduğunu və apelyasiya şikayəti veriləcəyini bildirib: “İki dəfə polislər evə gəlmişdi, Anar evdə olmamışdı. O, evə gələndə bunu bildi və polis idarəsinə getdi. Amma gələnlər səbəbi deməmişdilər”.

Jurnalist Nərimanov rayonu, 18-ci polis bölməsinə gedəndən bir müddət sonra ailə üzvlərindən telefonunun gətirilməsi tələb olunub. Yaxınları Anar Abdullanın “Facebook” hesabından yazdığı fikirlərə görə cəzalandırıldığını deyir.

Anar Abdulla bugünlərdə ölkədə qiymət artımına etiraz olaraq, belə bir status paylaşmışdı: “İcra başçıları İlhama “atır”, İlham da faturasını bizə kəsir...”

Daxili İşlər Nazirliyindən təzyiqlərlə bağlı deyilənlər təkzib olunub.

XəzərNews

Xəbər 2627 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +