Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


16.02.2017  23:02 

Lənkəranskidən sonra ona biət edirlər...





A+  A-

 

Məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov Rusiyanın Yekatrinburq şəhərinin 4 saylı topdansatış meyvə-tərəvəz bazasına nəzarəti “Çermen” ləqəbli gürcü avtoritetlə öz aralarında bölüşdürməyə başlayıb.

XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından URA.ru-ya bildiriblər. Məlumata görə bazanın bölüşdürülməsi məsələsi ilə bağlı 56 yaşlı Tamaz Qoqoladzenin (“Çermen”) emissarları Yekatrinburqa gediblər. Bundan əvvəl “Lotu Quli”nin qruplaşması bu şəhərə çoxsaylı “möhkəm bədənli oğlanlardan” ibarət desant yetirmişdi. 

Bu yaxınlara qədər 4 saylı meyvə-tərəvəz topdansatış bazasının ticarətçiləri “Rövşən Lənkəranski”yə haqq verirdilər. Həmin baza Lənkəranskinin ən gəlirli obyektlərindən idi. Bazara nəzarəti onun adamı, 53 yaşlı Ağayar Ağayev həyata keçirirdi. Lakin Lənkəranskinin ötən il İstanbulda güllələnməsindən sonra Ağayar tədricən “kölgəyə” çəkilib. Nəticədə Ural regionunun azərbaycanlıları “Lotu Quli”yə biət ediblər və ona haqq ödəməyə başlayıblar. “Lotu Quli” hazırda Azərbaycanda həbsxanadadır və kriminal imperiyasını oradan idarə edir.

Məlumata görə Lənkəranskinin Ural regionu üzrə “smotryaşisi” olan Ağayar Ağayev də artıq “Lotu Quli”yə biət edib və öz postunda qalıb. Bu təhvil-təslim əməliyyatı sakit keçib. Lakin gözlənilmədən Yekatrinburqa digər kriminal avtoritet-“Çermen” öz adamlarını göndərib. “Çermen” özü də hazırda “Lotu Quli” kimi həbsdədir, Solneçneqorsk həbsxanasında cəza çəkir, 2018-ci ildə azadlığa çıxmalıdır. Ancaq o, mafiyasını həbsxanadan idarə edir.

Məlumata görə hazırda hər iki “vor”un nümayəndələri 4 saylı bazada fəallıq nümayiş etdirirlər, habelə Komsomolskdakı meyvə-tərəvəz bazasını nəzarət altına almağa çalışırlar. Belə k, 4 saylı bazarın sökülməsi və yerində mikrorayon tikilməsi planı var.



Xəbər 7445 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +