İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


13.11.2020  17:28 

PKK-PYD-YPG üzvləri barəsində cinayət işi başlandı





A+  A-

İraq Respublikasının müxtəlif ərazilərində yaşayan PKK-PYD-YPG terror təşkilatlarına aid şəxslərin, eləcə də Livan vətəndaşı Vartkes adlı şəxsin və digərlərinin Azərbaycana qarşı törətdikləri cinayət əməllərinə dair Azərbaycan Baş Prokurorluğunda toplanmış material əsasında araşdırma aparılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, araşdırmalarla Aslan Murad Vartanyan, Bese Hozat və qeyrilərinin çağırışı, Livan Karadağ, Hemaran Kervaçian, Sərvət Bagopşinin rəhbərliyi altında Suriya, Livan, İraq Respublikasının müxtəlif ərazilərində yaşayan “PKK-PYD-YPG” terror təşkilatlarına aid bir qrup şəxslərin 2016-cı ilin mart-aprel və 2020-ci ilin sentyabr-noyabr aylarında, Livan vətəndaşı Vartkes adlı şəxs və digərlərinin isə 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olmuş digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycanın dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bundan başqa, həmin cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Baş Prokuror tərəfindən Azərbaycanın Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işləri başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda hər iki cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Xəbər 2428 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +