İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


05.07.2018  13:27 

Nəsib Nurla Kənan Xəzər TV-də vəzifələrindən azad olundular





A+  A-

“Xəzər” telekanalında kadr dəyişikliyi baş verib.
XəzərNews.az axşam.az-a istinadən xəbər verir ki, bu saatlarda telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsində çalışan Kənan Bayramov işindən uzaqlaşdırılıb.

Eyni zamanda aparıcı Nəsib Nur da vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nəsib Nur “Xəzər” FM-də direktor vəzifəsində çalışırdı. Daha sonra o, yeni yaradılan “Dalğa” TV-yə yaradıcılıq üzrə rəhbər təyin edilmişdi.

***

Aparıcı Nəsib Nur “Qafqazinfo”ya açıqlamasında xəbəri təsdiqləyib. O, Kənan Bayramovla birgə vəzifədən getdiyini bildirib.

***

Xəzər TV-nin proqramlar departamentinin rəhbəri Kənan Bayramovun kanaldan getməsinin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, K. Bayramov vəzifəsindən öz istəyi ilə çıxıb. O, iclasda işlərinin çox olduğunu bildirib.

Nəsib Nur da Kənan Bayramova görə televiziyadan ayrılıb. Kanaldan bildirilib ki, əslində televiziyada ən reytinqli proqramlara layihə rəhbərləri təyin edilib və departamentin səlahiyyətləri azalıb. K. Bayramov da bundan narahat olaraq kanalı tərk edib.

Xəbər 1310 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +