Ceyhun Cəfərov azadlığa buraxıldı
“TikTok“da canlı yayım açan cərraha xəbərdarlıq EDİLDİ
Dövlət istiqrazlarının bir hissəsi geri çağırılır
Məşhur klinikanın işinə bu tarixdə BAXILACAQ
Kişilər üçün sığınacaqlar yaradılır? - VİDEO
Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?


05.02.2025  15:58 

Rusiya TDT üzvləri arasındakı münasibətləri pozmağa çalışır - Ekspert





A+  A-

"Türk xalqlarına qarşı Rusiyanın mənfur əməlləri hər zaman qanlı nəticələrə səbəb olub. Son zamanlar isə Rusiyanın bu çirkin siyasəti nəyinki dünya ölkələrində, hətta bizim coğrafiyada da ciddi narahatlıqlar yaradır".

Bu barədə açıqlamanı XəzərNews.az-a Türk DEGS Qafqaz üzrə eksperti, Qarabağ qazisi ehtiyyatda olan polkovnik Akif Qasımov verib.

A.Qasımov bildirib ki, Rusiya TDT üzvləri arasındakı münasibətləri pozmağa çalışır:

"Embraer 190 təyyarəsi Rusiya tərəfindən bilərəkdən vurulması və daha sonra isə Qazaxıstana istiqamətləndirilməsi də bu çirkin planın tərkib hissəsidir. Qazaxıstan xalqı Azərbaycan xalqı ilə hər zaman dostluq münasibətlərində olub. Qazaxıstanlı qardaşlarımız Qarabağ Müharibəsində iştirak etmiş və şəhid vermişdir. İki ölkə arasında bütün sahələrdə yaxşı əlaqələr var. Xalqlarımızın ortaq tarixi mədəni kökləri var. Bu baxımdan sosial mediada və digər platformalarda bəyanatlarımıza diqqət etməliyik.
Qazaxıstan rəsmi dairələri Rusiyanın hər hansı bir təsiri altında ola bilər. Lakin, bu durum bizim kimisə təhqir etmək üçün səbəb olmamalıdır".


A.Qasımov əlavə edib ki, bu səbəbdən, bu Rusiyanın əvvəlcədən planlaşdırmış olduğu terakt və cinayət əməli olaraq qiymətləndirilməli və xalqlarımız arasında münasibətlərin pozulmasına yol verməməliyik:

"Dövlət başçımız diplomatik və dostluq şəraitində bu məsələnin də həll edəcəyinə inanıram".

Lalə
XəzərNews.az





Xəbər 911 dəfə oxunub.



19.02.2025  11:45 

FHN əhaliyə müraciət ETDİ

19.02.2025  11:18 

Yük maşınında intihar etdi


BÜTÜN XƏBƏRLƏR +