Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


19.02.2025  10:11 

Məşhur klinikanın işinə bu tarixdə BAXILACAQ





A+  A-

Sumqayıt şəhərində fəaliyyət göstərən “Ümid Klinikası” ilə bağlı imzalanmış cərimə protokoluna baxılacaq tarix açıqlanıb.

XəzərNews.az xəbər verir ki, klinikada aparılan yoxlama zamanı bəzi nöqsanlar aşkarlanmışdı. Məlum olmuşdu ki, klinika İnzibati Xətalar Məcəlləsinin sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinika ilə bağlı işə Sumqayıt Apellyasiya Məhkəməsində 21 fevral tarixində hakim Rəşadət Ağayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, son günlər özəl klinikalarda fəaliyyət göstərən həkimlərin lisenziyasının olub-olmaması ilə bağlı araşdırma və yoxlamalar aparılır. Bir çox klinikanın həkiminin lisensiyası ləğv edilib.

Qarşı tərəfi dinləməyə hazırıq./Tribunainfo.az



Xəbər 4197 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +