Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib


01.03.2018  10:26 

REAL-ın seçkilərlə bağlı son QƏRARI





A+  A-

Martın 1-də Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsi tərəfindən Azərbaycana göndərilən sorğuya cavab verilməsi üçün qoyulan vaxt bitir. Digər tərəfdən hazırda ölkədə növbədənkənar seçkilərə hazırlıq prosesi davam edir. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərinin MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.
Maraqlıdır, REAL seçkilərlə bağlı son qərar veribmi?

XəzərNews.az-ın məlumatına görə, REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlamasında deyib ki, növbədənkənar seçkilərlə bağlı REAL bir neçə variant üzərində düşünür:

“Əslində seçkilərdə bizim iştirak fikrimiz var idi və öncədən elan etmişdik. Sadəcə, 2013-cü ildən bəri elan etdiyimiz namizəd İlqar Məmmədovun həbsdə olması seçkilərdə iştirakımıza məhdudiyyət yaratdı. REAL təşkilatı yarandığı gündən boykotun uğurlu addım olmadığını hər dəfə söyləyir. Lakin bizim başqa çıxış yolumuz qalmadı. Çünki namizədimizin seçkidə iştirakı mümkünsüzdür. Amma seçkilərdən tamamilə kənarda qalmağı düşünmürük və hazırda bir neçə variant üzərində iş gedir. Çalışacağıq ki, ən azından Bakıda və bəzi regionlarda müxtəlif dairələrdə müşahidə missiyası təşkil edək. Seçkidən öncəki və sonrakı vəziyyəti yerindəcə müşahidə edərək seçki ilə bağlı öz rəyimizi yazaq, hesabatımız olsun.

Bununla əlaqəli son tamamlama işləri gedir. Yəni könüllülərin cəlb olunması və onların hansı dairələrdə iştirakı ilə bağlı müzakirələr gedir. Çox yaxın günlərdə son qərarımızı verəcəyik. Hər halda çalışacağıq ki, növbədənkənar seçkilərdən tamamilə kənarda qalan təşkilata çevrilməyək. Seçkilərdən istifadə edərək yerli təşkilatlarla işin qurulması, ən azı seçki təcrübəsinin qazanılması təmin edilsin”.

N.Cəfərli qeyd edib ki, bu günkü namizədlər siyahısına baxdıqda REAL-ın hər hansı namizədliyini irəli sürən şəxsi dəstəkləmək fikri yoxdur:

“Heç bir namizədin lehinə təbliğat aparmaq fikrimiz yoxdur. Bizim əsas məqsədimiz seçki prosesinə diqqətlə nəzarət etmək və izlədiyimiz faktlarla bağlı seçkilərdən dərhal sonra rəyimizi ictimaiyyətə açıqlamaqdır.

Digər tərəfdən, hazırda İlqar Məmmədovla bağlı danışıqlar davam edir. Çünki Avropa İnsan Haqları Məhkəməsinin və Avropa Şurası Nazirlər Komitəsinin məktubları da Azərbaycan hökümətinə daxil olub. Kommunikasiyanın davam etdiyini bilirik. Amma hansı nəticələrin əldə edilməsini söyləmək təəssüf ki, mümkün deyil. Biz yalnız öz ümidimizi ifadə edə bilərik.

Ümid edirik ki, yaxın aylarda, günlərdə İlqar Məmmədovu azadlıqda görəcəyik. Nəhayət Azərbaycan höküməti Avropa Məhkəməsinin verdiyi iki qərarı yerinə yetirəcək və Avropa Şurası ilə Azərbaycan arasında yaranmış gərginliyə də son qoyulacaq”.

Xəbər 1990 dəfə oxunub.




24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +