Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


03.04.2025  19:42 

Danimarka Ukraynaya 6,7 milyardlıq hərbi yardım paketini təsdiqlədi





A+  A-

Danimarka hökuməti Ukrayna Silahlı Qüvvələrinə 2025-2027-ci illər ərzində 6,7 milyard Danimarka kronu (970 milyon dollar) məbləğində 25-ci hərbi yardım paketini təsdiqləyib.

XəzərNews.az xəbər verir ki, bu barədə aprelin 3-də Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Hesabatda qeyd edildiyi kimi, paket Ukrayna Fondu vasitəsilə maliyyələşdirilir, o, hava hücumundan müdafiə vasitələri, artilleriya və Ukrayna Hərbi Hava Qüvvələri üçün maliyyə yardımlarını nəzərdə tutur.

"Təhlükəsizliklə bağlı vəziyyət sürətlə inkişaf edir. Buna görə də Danimarkanın Ukraynaya kütləvi dəstəyini davam etdirməsi böyük əhəmiyyət kəsb edir. Müharibə başlayandan bəri Danimarka aparıcı donor ölkələrdən biri olub. 25-ci ianə paketi ilə biz həm qısa, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstəyimizi vurğulayırıq", - müdafiə naziri Troels Lund Poulsen bildirib.

Müdafiə Nazirliyi qeyd edib ki, çərçivə yardım proqramı müttəfiqlərlə əməkdaşlıq yolu ilə artilleriya silahları və sursatlarının alınması üçün 2025-ci ildən 2027-ci ilə qədər 1,4 milyard kron (203 milyon dollar) ayrılmasını nəzərdə tutur. Hava hücumundan müdafiə, “dron koalisiyası” və “İT koalisiyası” üçün əlavə vəsait ayrılır.

Danimarka həmçinin Ukraynanın müdafiə sənayesinə investisiya üçün 2 milyard kron (290 milyon dollar) ayıracaq. Poulsen bu sərmayənin əhəmiyyətini vurğulayaraq, Ukrayna istehsalçılarının hərbi texnika istehsal etmək bacarığını nümayiş etdirdiyini qeyd edib.

Xəbər 2159 dəfə oxunub.



14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +