Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO
İcra başçısının oğlu 700 minlik tenderi necə udub?
Ağadadaş Ağayevə neçə il iş verildi?
Bu məsələdə bizə qarşı çıxmağa başladılar... - Millət vəkili
Rusların Kurska hücumu güclənib - MEDİA
“Sərin”də mənşəyi məlum olmayan məhsullar verilir
Ruslar Krivoy Roqda oteli raketlə vurdu
Müdhiş planı: Yanmış “Galik”lə kredit götürdülər


05.03.2025  15:55 

Ağzımız hələ isti yerdədi





A+  A-

Martın 22-si və 25-də milli komandanı yenidən iş başında görmək imkanımız olacaq. Ötən il uğursuz nəticələri ilə bizi üzən 1 nömrəli kollektivimiz yeni mərhələyə qədəm qoyur və başlanğıc iki yoxlama görüşü ilə qoyulacaq. Əvvəl Haiti, sonra Belarusla oynayacağıq.

Bu qarşılaşmalarda Fernandu Santuş hətta I Liqadan oyunçulara şans versə, təəccüblənməməliyik. Portuqaliyalı mütəxəssis neçə vaxtdı aşağı dəstə komandalarının oyunlarını tribunadan izləyir. Əslində doğru addımdı, çünki legioner limitinin ləğvindən sonra yerli oyunçular yavaş-yavaş Premyer Liqanın nisbətən zəif klublarına, hətta aşağı dəstəyə də "axacaqlar".

Fernandu müəllim "zamanı qabaqlayaraq", indidən istiqaməti ora yönəldib.

Haitiylə matçın daha bir özəlliyi Sumqayıtda oynanmasıdı. Müstəqillik tariximizdə bu şəhərdə milli komandamız meydana çıxmayıb. Bu bir ilkdi. Şəhər nəhayət, bu hissi yaşayacaq və düşünürəm ki, futbola olan marağın artmasında müsbət effekt təsiri bağışlayacaq. Millinin Bakıdan çıxması çoxdan gərəkən bir addım idi.

Bura qədəri aydındı. Məni təəccübləndirən, hətta deyərdim heyrətə gətirən məqam isə başqadı. Dünən bu xəbər yayılanda şərhlərdə azarkeşlərimizin Haiti yığmasını nəzərdə tutub "başqa rəqib tapmadız", "bu nə rəqibdi", "bizimlə elə bunlar oynayar" və başqa bu tip narazı ifadələri gördüm və anlamadım. Biz nə vaxtdan rəqib bəyənməyəcək səviyyəyə yüksəldik ki, indi onlara yuxarıdan-aşağı baxırıq?

Avropada D Liqasında, yəni birbaşa dibdəyik və Haitini bəyənmirik. Minnətimiz olsun ki, dünyanın o biri başından bura gəlib bizimlə matç oynayırlar.

Haiti yığması kimlərdi?

Hazırda bu seçmə FİFA sıralamasında 86-cı yerdədi (biz 117-dəyik). 2013-cü ildə bu reytinqdə 38-ci pillədə olublar. 1973-cü ildə KONKAKAF Kubokunu qazanıblar, bir il sonra - Almaniyada keçirilən dünya çempionatının final mərhələsində oynayıblar. Yəni tarixlərində "dişə vurulacaq" məqamlar var. Hazırkı durumlarını götürsək, sonuncu dəfə 2023-cü ilin oktyabrında uduzublar, ondan bəri rəsmi oyunlarda 8 oyundu nəinki məğlub olmurlar, heç xal da itirmirlər. Heyətlərində top qovan futbolçular Fransanın "Nant", "Soşo", "Bastiya", Ekvadorun LDU Kito, Bolqarıstanın "Lokomotiv", Türkiyənin "Kayserispor", Yunanıstanın AEK, İsveçrənin "Sion", ABŞ-ın "İnter Mayami" klublarının şərəfini qoruyurlar. Dünya nəhəngi deyillər, amma görməzdən gələsi komanda da deyillər. Haiti deyəndə yadıma ilk düşən Donald Geryedi. Çox yaxşı, keyfiyyətli futbolçu idi, "Qarabağ"ın nəinki cinahının, ümumilikdə aparıcı oyunçularından biri idi.

İntizamsızlığı olmasaydı, indi şübhəsiz Avropa nəhənglərinin formasını geyinirdi.
"Neftçi"də Soni Mustivar, "Zirə"də Brayan Alseus da Haitidən idi.

Bu qədər yazmağımın səbəbi odu ki, biz əvvəlcə hazırda olduğumuz yeri anlamalı, hər dəfə yadımıza salmalıyıq. Bizə bu gün lap dibdə olanlar istisna olmaqla, istənilən - özü də ilk 100-lükdə olan - rəqib uyğundu. Çünki məqsəd udmaq yox, əlimizdə olanları sınaqdan keçirmək, seçmə mərhələyə hazırlaşmaqdı. Haiti payızda rəqiblərimizdən olacaq İslandiyaya reytinq və səviyyəcə yaxındı, üstəlik, fərqli futbol mentalitet və tərzinə malikdi. Üç gündən bir Belarus, Latviya, Moldova ilə yoxlama görüşləri oynamaq da bir şey deyil. Arada qan dəyişmək də lazımdı.

Yoxlama görüşlərində İspaniya, Almaniya, Polşa kimi rəqiblər istəyiriksə, əvvəlcə elə həmin Haitiyə çatmaq, onları ötmək lazımdı. Ondan sonra qarşımızdakılara ağız büzərik.

Ağzımız hələ isti yerdədi.

Kənan Məstəliyev

Xəbər 125 dəfə oxunub.



06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“

05.03.2025  15:55 

Ağzımız hələ isti yerdədi


BÜTÜN XƏBƏRLƏR +