İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


25.01.2024  18:33 

“AŞPA rəhbərliyi ermənipərəst qüvvələrin əlində oyuncağa çevrilib“ - RƏY





A+  A-

Milli Məclisin deputatı Müşfiq Cəfərov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2001-ci ildən indiyə qədər Azərbaycana təzyiq göstərdiyini, bunun arxasında isə ermənipərəst qüvvələrin dayandığını bildirib.

Xəzərnews.az "Report"a istinadla xəbər verir ki, təzyiqlərdən heç bir nəticə əldə edə bilməyən ermənipərəstlər artıq Bakıya qarşı qarayaxma kampaniyasına başlamışdılar.

Deputat xatırladıb ki, AŞPA 2023-cü il oktyabrın 23-də "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib: "Həmin qətnamənin 23-cü bəndində təşkilat Azərbaycan Ordusunun ötən il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini hərbi əməliyyatlar kimi qiymətləndirərək, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi "narahatlıq" ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələmişdi. Təbii ki, Azərbaycan buna layiqli cavab verməkdə gecikmədi".

M.Cəfərovun fikrincə, əslində bu təşəbbüsü formal olaraq almaniyalı deputat Frank Şvabe irəli sürsə də, məsələnin arxasında məhz AŞPA rəhbərliyi dayanır. Onun fikrincə, AŞPA-nın sabiq və hazırkı prezidentlərinin Azərbaycan əleyhinə sənədə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir:

"Lakin bu qərar elə qurumun özündə də fikir ayrılıqlarına səbəb oldu. Qərarın ədalətsiz olduğunu dilə gətirən deputatlar da az deyil".



Milli Məclisinin üzvü deyib ki, AŞPA missiyalarının indiyə qədər Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edir.

"AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan Ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Qarabağın bütün erməni əhalisinin ərazisini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı "pisləyən" qətnamələr qəbul edib. Bir sözlə bu qurum Azərbaycanın qələbəsindən narahatlığını açıq şəkildə büruzə verir, ədalətin təmin olunması, doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların evlərinə qayıtmağa başlaması AŞPA-nı ciddi narahat edib", - deputat vurğulayıb.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər ötən gün AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Xəbər 1712 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +