Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


07.04.2025  15:57 

Ölkədən çıxışa STOP-un öyrənilməsinə hansı qurumlar mane olur?





A+  A-

Mövcud qanunvericiliyə görə 10-dan çox qurum vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər. Yəni vergi borcu olanların, cinayət məsuliyyətinə cəlb edilənlərin, axtarışda olanların və s. ölkədən getmək hüququ aşağıdakı dövlət qurumlarının qərarı ilə məhdudlaşdırıla bilir:

1. Ədliyyə Nazirliyi
2. DİN
3. FHN
4. DVX
5. Baş Prokurorluq
6. DSX
7. DTX
8. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
9. DGK
10. MN
11. XKX

STOP məsələsi həmişə "incə" məsələ olub, diqqət mərkəzində olub və ictimai əhəmiyyət kəsb edib.

Xatırlayıram ki , Milli Məclisin İnsan hüquqları komitəsinin ötən il keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında Ombudsmanın 2024-cü il üzrə məruzəsində də STOP məsələsi öz əksini tapmışdı.

Məruzədə bildirilirdi ki, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur. Belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur. Bununla da onun hüquqları məhdudlaşdırılmış olurdu.

Amma hələ də bu problem öz həllini tapmayıb. Bu tip məlumatları adətən öncədən əldə etmək çox çətin olur. Kimsə xaricə getmək üçün Hava Limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub.
Yalnızı spesifik bir –iki məqamla bağlı STOP məsələsi haqqında öncədən məlumatı öyrənmək mümkündür.

DİN, DVX və Ədliyyə Nazirliyi bununla bağlı faydalı rəqəmsal imkanlar yaradıblar.

DİN-in E-polis mobil tətbiqində “axtarışda olan borclu fiziki şəxslər və cavabdehlər” haqqında məlumatları, DVX və Ədliyyə Nazirliyin e-xidmətlər bölməsindən də “borclunun ölkədən getməsinin müvəqqəti olaraq məhdudlaşdırılması” haqqında məlumatı ANINDA əldə etmək olar.

Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron formada əldə etmək mümkün deyil.

Yəni tutaq ki, DGK, yaxun FHN -nin hansıs abir vətəndaşa tətbiq etdiyi STOP qadağasını öncədən öyrənmək imkanları yoxdur.

Düşünürəm ki, myGov üzərindən də belə bir ictimai əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi imkanlarının yaradılması məntiqli və doğru olardı.

İlk öncə İRİA əlaqəli qurumlarla, Ədliyyə Nazirliyi və DİN ilə birlikdə vətəndaşın artıq rəqəmsal formada olan mövcud STOP məlumatlarını myGov-dakı şəxsi kabinetinə inteqrasiya etməsi faydalı olardı.

Eyni zamanda İRİA STOP qoymaq səlahiyyəti olan digər əlaqəli qurumlarla birlikdə bu məlumatların da myGov-dan əldə edilməsi imkanlarını nəzərdən keçirməsi doğru olardı.
Adətən STOP qadağası İAMAS sistemi vasitəsilə reallaşdırılır. Yaxşı olardı ki İRİA əlaqəli qurumlarla birlikdə bu tip məlumatların dərhal myGov-a yönləndirilməsi ilə bağlı qanunvericiliyə təkliflər hazırlasın.

Əlbəttə bəzi hallarda öncədən belə bir məlumatın verilməsi məntiqli olmaya bilər.
Amma istənilən halda vətəndaşa Hava Limanında bu məlumat verilirsə, bu məlumatı elə onun myGov-dakı şəxsi kabinetinə də öncədən göndərmək olardı.

Ümid edirəm İRİA və digər əlaqəli qurumlar STOP qadağasının öncədən öyrənilməsi imkanlarını daha effektiv qura biləcəklər.

Osman Gündüz

Xəbər 245 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +