Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


13.10.2017  18:11 

Bakının daha bir ərazisində köçürmə qalmaqalı





A+  A-

Bu ayın sonunadək Keşlədəki "Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq. Sentyabrın 11-də 100 ailəyə bildiriş paylanılıb.
Bu barədə yerli mətbuata sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, dəmir yoluna yaxın evlərin ölçülməsi və siyahıya alınması işləri tamamlanıb. Amma qiymətləndirmə ilə bağlı bildirişlər narazılığa səbəb olub. Sakinlər isə yenidən ölçmə və qiymətləndirmə aparılmayacağı təqdirdə evlərini tərk etməyəcəklərini bildiriblər.

"Bütün sakinlər "Vahid Qiymətləndirmə Şirkəti” MMC-nin ölçüm və qiymətləndirməsindən narazıdır. Sahəsi çox olan evlərin əksəriyyətində sahə az göstərilib, hətta otaqlar belə qeyri-yaşayış sahələri kimi qeydiyyata alınıb. MMC ekspertlərinin fikrincə, mənzillərin hündürlüyü standartlara uyğun deyil, bu isə mənzilin ümumi sahəsinə təsir edir”, - sakinlərin sayta ünvanladıqları şikayətində deyilir.

Şikayətçilər əlavə ediblər ki, evlərin hər kvadrat metri 500-1000 manat arasında hesablanıb. Belə ki, yaşayış sahəsi 1000, qeyri-yaşayış sahələri 500 manatdan hesablanıb. Bir çox evlərdə hamam, ayaqyolu, mətbəx, həyət nəzərə alınmayıb. "Verilən kompensasiyanı alanlar var, onlar həmin məbləğə Bakıətrafı qəsəbələrdən belə ev ala bilmirlər. Kompensasiya bankdan alınır, ödənilən məbləğ üçün faiz tuturlar”.

Sakinlər ölkə rəhbərliyinə mürciət ediblər. Onlar yenidən qiymətləndirmə aparılmasını istəyirlər.

(bakipost.az)

Xəbər 3194 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +