İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


01.11.2022  14:40 

Naxçıxanın statusunun ləğvinə hazırlıq gedir?





A+  A-

Belə başa düşürəm ki, Naxçıxanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir – doğru yanaşmadır, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur, amma bu addımın illərdir dediyimiz hüquqi bazası, Konstitutsiya islahatları ayağı mütləq olmalıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, yeni Konstitutsiyada bir çox məsələlərlə yanaşı ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərgi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili Mer institutu təsis edilməlidir – bu həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da istem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə, nəhayət ki, start verilmiş olacaq:

“İqtidar illərdir ki, kadr dəyişikliyini “islahat” kimi qələmə verir, halbuki, islahatlar institutsional dəyişikliklər, sistemin fəlsəfəsinin dəyişməsi ilə olur. Yəni, “Qarabağ münaqişəsi bitib”, tezisinin, doğru olan yanaşmanın təməli yaradılmalı, altı doldurulmalıdır, tək sözlərlə bu iş olmaycaq...”

Xəbər 706 dəfə oxunub.



22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +