İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


16.09.2022  21:09 

“Toqquşma 8 saatdan az davam edib və...“





A+  A-

“Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə operativ reaksiya verdiyiniz üçün sizə minnətdarlığımı bildirmək istəyirəm".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində baş tutan görüşü zamanı deyib.

"Toqquşma 8 saatdan az davam edib və Ermənistan tərəfi atəşkəsə dərhal əməl etməyə başlamasa da, ümumilikdə iki günə yaxındır ki, atəşkəs rejiminə əməl olunması onu göstərir ki, nə Ermənistanın, nə də Azərbaycanın genişmiqyaslı eskalasiya niyyəti yox idi.

Təəssüf ki, hər iki tərəfdən çoxsaylı itkilərlə müşayiət olunan sərhəd münaqişələri baş verir. Amma əsas odur ki, biz vəziyyəti sabitləşdirə bildik və sülh yoluna keçə bildik. Aldığım məlumata görə, vəziyyət stabildir. İndi əsas yaranmaqda olan münasibətlərin normallaşması prosesini pozmamaq və bu istiqamətdə hərəkət etməkdir. Biz Rusiyanın buna yönəlmiş səylərini, o cümlədən delimitasiya prosesinin bir hissəsi olaraq Rusiya Baş nazirinin müavinləri səviyyəsində üçtərəfli komissiya çərçivəsində sülh razılaşması danışıqlarına başlamağı planlaşdırırıq. Təbii ki, biz bunu ətraflı müzakirə edəcəyik”, - deyə dövlət başçısı bildirib./"Qafqazinfo"

Xəbər 4402 dəfə oxunub.



22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +