İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


26.02.2022  19:39 

Süleyman Dəmirəl Universitetində Xocalı qurbanları anıldı





A+  A-

Xocalı soyqırımının 30 illiyi ilə bağlı Azərbaycanla yanaşı dünyanın ayrı-ayrı ölkələrində də anım tədbirləri keçirilir.

XəzərNews.az xəbər verir ki, belə tədbirlərdən biri Süleyman Dəmirəl Universitetinin Fizioterapiya və reabilitasiya fakültəsində keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin torpaqlarının müdafiəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin 2-ci kurs tələbəsi Qənirə Məmmədli iştirakçılara Xocalı soyqırımı haqqında məlumat verib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal etdiyini deyən Q.Məmmədli burada yaşayan dinc əhalinin - azərbaycanlıların soyqırıma məruz qaldıqlarını bildirib: “Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil”.



Azərbaycanlı tələbə qeyd edib ki, 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

O, eyni zamanda 2009-cu ilin fevralından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirildiyini xatırladıb. Bildirib ki, kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

Dünyanın bir neçə ölkəsinin parlamentinin və eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul etdiyini qeyd edən Qənirə Məmmədli 30 il əvvəl törədilmiş hadisəyə dünya birliyinin hələ də lazımi hüquqi və siyasi qiymət vermədiyini təəssüflə vurğulayıb.

Xəbər 1706 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +