İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


21.02.2022  19:36 

İctimai Şura DİN-ə müraciət etdi





A+  A-

Daxili İşlər Nazirliyi yanında İctimai Şura 2022-ci il fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində Qaraxanova Gülnar Malik qızının və onun 2 övladının kirayədə yaşadıqları evdə bıçaqlanaraq qətlə yetirilməsi ilə bağlı Nazirliyə müraciət edib.

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyevin adından XəzərNews.az-a daxil olan müraciətdə deyilir:

"2022-ci il fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi qeydə alınıb. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu kirayədə yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıldığı və hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyevin polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldığı barədə rəsmi məlumat yayılıb.

Amma sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, hadisə baş verən gün qonşular qətl törədilən evdən uşaqların qışqırıq səsini eşidib. Qonşular yığışaraq qapını açmağa çalışsa da bunu bacarmayıb və polisə məlumat veriblər. Məlumata görə, əraziyə gələn polis əməkdaşları qışqırıq səslərini eşitsələr də, evdə ailə münaqişəsi olduğunu və evə daxil olmağa icazələrinin olmadığını deyərək ərazini tərk ediblər. Polislər gedəndən sonra isə evdən gələn səslər kəsilib.

Bir gün sonra isə həmin evdə sözügedən qətl hadisəsinin törədildiyi məlum olub. Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, yayılan məlumat vətəndaşların təhlükəsizliyinin təmin olunması və baş verən qətl hadisəsinin obyektiv araşdırılması üçün əhəmiyyətli ola bilər.

Həmçinin, bu şəkildə məlumatlar ölkəmizdə təhlükəsizliyin təmin olunmasında mühüm rolu olan polisin nüfuzuna mənfi təsir göstərir.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verənlərin obyektiv və hərtərəfli araşdırılacağına, sosial şəbəkələrdə hadisə ilə əlaqədar yayılan məlumatlar təsdiqini tapdığı halda polisə daxil olan zəng, əraziyə yollanan polis əməkdaşları və onların müdaxilə etməmək səbəblərinin müəyyənləşdiriləcəyinə, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcəyinə, günahkarların müəyyən edilərək cəzalandırılacağına ümid edir".

Xəbər 1694 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +