Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI





A+  A-

Şərurlu İsfəndiyarın mətbuata verdiyi acıqlamaları təəccüblə izlədim. Adam atasını da, özünü də, oğlunu da ifşa elədi. Məlum oldu ki, ailədə vəziyyət və müansibətlər heç də ürəkaçan olmayıb. Bu heç...

Rəhmətlik dədəm deyərdi ki, ticarət peygəmbər sənətidir - bir saxtakar olma, bir də fürsətcil... Bu adamın saxtakarlıgı məlumdur. Özü də etiraf edir ki, həm də fürsətcildir . Acıqlamasından da göründüyü kimi, əlimyandım da kimsə əmlakını, malını satanda, dəyər - dəyməzinə alıb, sonra baha qiymətinə satmagı özünün böyük fərasəti bilir.

Yəni fürsətcildir.

Daha sonra bildirir ki, imkanım olsa məscidləri söküb yerində məktəb tikərdim. Adam sanki məktəblər tikə - tikə gəlib, daha tikməyə yer tapa bilmir, məsciddə dayanıb.
Soruşmaq lazımdır ki, bu günə qədər könüllü olaraq bir dənə məktəb, uşaq bağcası, şahmat, sənət, musiqi məktəbi tikdirmisənmi?

Necə istedadlı gəncimizin xaricdə təhsil almasına dəstək vermisən?

Mülkiyyətində olan qeyri - yaşayış sahəlinin bir kv.m də humanitar və ya təhsil məqsədli istifadəsinə şərait yaradılıbmı?

Bir nəfər fədakar və evsiz müəllimi pulsuz mənzillə təmin etmisənmi?

Şərurlu İsfəndiyar söyləyir ki, savadım yoxdur, hərf tanımıram, bənnaçı olmuşam. Olsun.
Hacı Zeynalabdin Tağıyev də təhsil almamışdı, kasıb ailədən cıxmışdı və ilk iş fəaliyyətinə bənnaçılıqdan başlamışdı. Hacı olması, dini - imanı öz yerində, öləndə də öz vəsiyyətinə uygun hörmət bəstlədiyi din xadimi Axund Mirzə Abuturabın qəbri yaxınlığında dəfn edilmişdi.

İndi də aralarında yüz ildən cox məsafə olan iki azərbaycanlı iş adamının təfəkkürünə, millətinə sevgisinə, təhsilə verdikləri önəmə, baxış viziyonunda fərqə baxın...

H.Z.Tağıyevin xeyyriçəlik fəaliyyətini əhatə edən cox kiçik Wikipediya məlumatlarını paylaşıram. H.Z.Tağıyev yalnız böyük sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalmışdır. Elə buna görə hələ sağlığında Hacı “el atası” adını almışdı. O, dəfələrlə Bakı dumasının üzvü seçilmiş, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak etmişdi. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikildi, at-dəmir yolu (konka) işə salındı, şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi - Tağıyev pasajı fəaliyyətə başladı. H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsində yaxından iştirak etmişdir. Hələ 1874-cü ildə o, öz vəsaiti hesabına Bakı şəhərinə su kəmərini çəkdirdiyinə görə üzərində “Səyinə görə” yazısı olan gümüş medalla təltif olunmuşdu.

H.Z.Tağıyev 1901-ci ildə ingilis mühəndisi V.Lindley tərəfindən yeraltı suların qazılması işlərinə 25 min rubl vəsait ayırımış və 1917-ci ildə Bakıya içməli su gətirən Şollar su kəmər istifadəyə verilmişdi.

Maarifin yayılmasına hər zaman dəstək verən H.Z.Tağıyevin Bakı Mariinski qadın gimnaziyasının, orta texniki məktəbin, Aleksandra rus-müsəlman qız məktəbinin, Kommersiya məktəbinin fəxri hamisi, Tiflis şiə müsəlman məktəbinin fəxri nəzarətçisi təsdiq olunmuşdu.



H.Z.Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər - Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi.

Ümumiyyətlə, H.Z.Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyəti bir-biri ilə sıx bağlı idi və təkcə Bakı ilə məhdudlaşmırdı. O, Yelizavetpolda (Gəncədə), Şamaxıda, Naxçıvanda, Tiflisdə, Dərbənddə, İrəvanda, eləcə də Rusiyanın digər bölgələrində məktəblərin saxlanılması üçün vəsait sərf edirdi.

H.Z.Tağıyevin gördüyü mühüm işlərdən biri də 1901-ci ildə Bakıda Tağıyevin qız məktəbi adı ilə tanınan, İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbinin açılması idi. Məktəb Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi olmuşdur. Onun yaradılması üçün H.Z.Tağıyev 1896-cı ildə 150 min rubl ayırmışdı. Ondan 125 min rubl işçi heyət, kitab və dərs ləvazimatı, 25 min rubl isə binanın tikintisi üçün nəzərdə tutulmuşdu. Qız məktəbinin məzunları Azərbaycanın məktəblərində işləmək üçün pedaqoq hazırlanmasının, azərbaycanlı qadınların peşə təhsilinin formalaşmasının əsasını qoydu.

Dövri nəşrlərə öz münasibətini bildirən H.Z.Tağıyev deyirdi: “Mən mətbuatı xalqın mənəvi-maarif və iqtisadi cəhətdən yüksəlişinin güclü vasitələrindən biri kimi görürəm, buna görə də qəzetlərə maddi yardım göstərməyi öz mənəvi borcum sayıram”. 1895-ci ildə H.Z.Tağıyev “Kaspi” qəzetini (redaktoru - Əlimərdan bəy Topçubaşov) satın aldı. 1905-ci ildən «Həyat» qəzeti (redaktorları - Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə), 1906-cı ildən “Füyuzat” jurnalı (redaktoru - Əli bəy Hüseynzadə) H.Z.Tağıyevin maddi köməyi ilə nəşr olunmağa başladı.

1873-cü ildə Azərbaycan tarixində əlamətdar hadisə baş verdi - milli teatrın əsası qoyuldu. Onun təşəkkülündə H.Z.Tağıyevin də böyük rolu olmuşdur. Belə ki, xalqın maariflənməsində, mədəni səviyyəsinin və doğma dilinin inkişafında teatrın əhəmiyyətini yüksək qiymətləndirən Hacı 1883-cü ildə öz vəsaiti hesabına Azərbaycanda ilk teatr binasını tikdirdi. O, 1890-cı ildə 80 min rubl xərcləyərək, binanı yenidən qurdu. Bakının mərkəzində yerləşən teatr binası geniş, dövrünə görə yüksək səviyyədə təchiz olunmuş, gözəl tərtibata malik idi. Maraqlıdır ki, teatrda qadınlar üçün ayrıca loja nəzərdə tutulmuşdu. Teatrın açılışı milli mədəniyyət tarixində mühüm hadisə oldu: Azərbaycan truppaları çoxdan gözlədikləri səhnəni əldə etdilər.

H.Z.Tağıyev sözün əsl mənasında incəsənət vurğunu idi. Tez-tez tək, yaxud da ailəsi ilə birgə teatr tamaşalarına gedər, istər milli, istərsə də Avropa rəsm əsərləri ilə maraqlanardı. Hacının məşhur rəssamların əsərlərindən ibarət zəngin kolleksiyası indiki Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin fondlarında xüsusi yer tutur.

1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaradılmasını alqışlayan H.Z.Tağıyev müstəqil milli dövlətçilik mənafelərini dəstəkləmiş, təntənəli dövlət tədbirlərində iştirak etmişdir. O, yüksək səviyyəli dövlət qonaqlarını öz yaşayış mülkündə qonaq etmişdir. Məhz Cümhuriyyət dövründə H.Z.Tağıyev öz böyük arzularından birinin - Bakıda ali təhsil ocağının açılmasının şahidi oldu. 1919-cu il 1 sentyabr tarixli qanunla Bakı Universiteti təsis edildi. Hacı da onun açılışına dəvət olunmuş və başqa azərbaycanlı sahibkarlar kimi universitetə maddi yardımını əsirgəməmişdi. Böyük xeyriyyəçi Bakı Universitetinin xeyrinə ticarət evinin - Passajın gəlirlərindən istifadə etməyi təklif etdi. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin hökuməti ali təhsil almaq üçün yüz gənci xarici ölkələrə göndərdi. H.Z.Tağıyev onlara da maddi kömək göstərmişdi.

Şahin Nəcəfov

Xəbər 276 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +