Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


30.03.2024  18:42 

Seçkidən sonra namizədlər hansı fəaliyyətlərlə məşğuldur?





A+  A-

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində 7 namizəd iştirak etdi. Seçkilərdə 92.6 faiz səslə qələbə qazanan prezident İlham Əliyev yenidən ölkə başçısı seçildi. Nəticələrə əsasən növbəti yerləri tutan digər 6 namizəd isə hazırda müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirir.

Xəzərnews.az prezident seçkilərində iştirak etmiş namizədlərin hazırki fəaliyyətlərinin nədən ibarət olduğunu araşdırıb:

Növbədənkənar prezident seçkilərində Böyük Quruluş Partiyasından namizəd, millət vəkili Fazil Mustafa hazırda Milli Məclisin Mədəniyyət Komitəsinə rəhbərlik edir. Deputat kütləvi informasiya vasitələrində müxtəlif mövzularla bağlı açıqlamaları ilə diqqət çəkir.

Milli Cəbhə Partiyasının ötən seçkilərdəki namizədi Razi Nurullayev hazırda sözügdən partiyanın sədri və millət vəkilidir. O, sosial şəbəkələrdə aktivliyi ilə seçilir.

Seçkilərdə Ədalət, Hüquq, Demokratiya Partiyasından namizəd olmuş Qüdrət Həsənquliyev hazırda bu partiyaya rəhbərlik edir. Keçmiş namizəd eyni zamanda Milli Məclisdə millət vəkili kimi təmsil olunur.

Müstəqil namizəd kimi seçkilərə qatılan və nəticələrə əsasən 2-ci yeri tutan Zahid Oruc Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədridir. Millət vəkili eyni zamanda Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev hazırda həmin partiyaya rəhbərlik edir. Elşad Musayev hazırda rəhbərlik etdiyi partiya ilə birlikdə növbəti parlament və bələdiyyə seçkilərinə hazırlaşır.

Ötən prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən Fuad Əliyev Müstəqil Həmkarlar Birliyində fəaliyyətini davam etdirir. Müstəqil Həmkarlar Birliyi bir çox sosial məsələrlə bağlı vətəndaşların müraciətlərinin həlli istiqamətində işlər görür.//Yenisabah


Xəbər 4828 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +