Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


20.03.2025  14:11 

“Qarabağ “Böyük Ermənistan” xülyasını bitirdi”





A+  A-

⁹““Böyük qardaş”sız müti Ermənistan”. Türk jurnalist nələr yazdı?

Ermənistanın İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin maliyyə dəstəyi ilə Türkiyənin 10 KİV nümayəndəsi İrəvanda olub. Nikol Paşinyandan müsahibə götürüb. Bir ilkə imza atan bu səfər Ermənistanın bölgədə sabit sülhün bərqərar olması və Ankara-İrəvan münasibətlərinin normallaşdırılması istiqamətindəki yanaşmalarını türk ictimaiyyətinə çatdırmaq məqsədi daşıyıb.

Aydındır ki, bu səfərə gələnlər təmsil olunduqları müxtəlif media orqanlarında səfər təəssüratları barədə geniş reportajlar təqdim ediblər. Onlardan yalnız bir haqqında söhbət açacam. İngilisdilli “yetkinreport.com” saytında gedən “Where is the Real Armenia? New answers to old questions” (Real Ermənistan haradadır? Köhnə suallara yeni cavablar) adlı məqalə Ferhat Boratavın qələmindən çıxıb. Bu məqalənin özəlliyi nədədir? Ondan bəhs edəcəm.

Müəllif yazır ki, Türkiyədə belə bir dəyişməz fikir formalaşıb: “Ermənilərin gözü bizim torpağımızdadır, bizdən torpaq istəyirlər”.

Bu inancın əsasını şübhə altına alanların qarşısına Ermənistan Konstitusiyasının preambulasında “Müstəqillik Bəyannaməsi”nə və həmin Bəyannamənin 11-ci maddəsinə istinad çıxacaq: “Ermənistan Respublikası Osmanlıda 1915-ci il Soyqırımının beynəlxalq səviyyədə tanınmasını təmin etmək vəzifəsini dəstəkləyir”. İkinci məqam: 1989-cu il tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağ bölgəsinin birləşdirilməsi haqqında” qərar.

“Qərbi Ermənistan”ın haranı əhatə etdiyini görmək üçün ASALA-dan Daşnak Partiyasına qədər irredentist-millətçi hərəkatların yaratdığı hər ölçüdə və rəngdə xəritələrə baxmaq kifayət edir.

Təbii ki, “ərazi iddiası”nı qanuniləşdirmək axtarışı ilə paralel gedən digər siyasət 1915-ci il üçün beynəlxalq kampaniyanın “genosid” kimi müəyyən edilməsi idi.

Nəticədə, hər il mart ayından başlayaraq Türkiyədəki siyasətçilər və jurnalistlər 24 aprel bəyanatında hansı ölkənin “genosid” kəlməsi işlətməsinə diqqət edirdi, Türkiyə ilə problem yaşamayan ölkələr isə “Medz Yeğern” (Böyük Fəlakət) deməsi ilə təsəlli tapırdı.

Ancaq indi onilliklər boyu davam edən vərdişləri dəyişdirmiş bir proses ortadadır.

Qarabağın yenidən Azərbaycan ərazisinə çevrilməsi “Böyük Ermənistan” xülyasının sonu deməkdir.

Nikol Paşinyan deyir: “Real Ermənistan 29.743 kvadrat kilometr ərazisi olan beynəlxalq səviyyədə tanınmış Ermənistan Respublikasıdır”. Davam edərək bildirir ki, çörəyinizi yediyiniz yer sizin vətəninizdir, gələcəyiniz də o torpağa bağlıdır.

Ancaq indiki real Ermənistanı deyil, həm də Türkiyə və Azərbaycandan olan bölgələri əhatə edən “tarixi” vətən anlayışını güclü şəkildə dəstəkləyən yerli müxalifət və diaspor qrupları da var.

“Biz “tarixi Ermənistan” axtarışımızı dayandırmalıyıq. Bu, Ermənistan Respublikasını qurmaq və gücləndirmək üçün yeganə yoldur. Əks halda, onsuz da məhdud olan imkanlarımızı “vətənin və dövlətin gələcəyinə zərbə vuran vətən axtarışına” sərf edəcəyik”. Cənab Paşinyan belə deyir.

Baş nazir Paşinyan iddia edir ki, “Real Ermənistan” üçün yeni Konstitusiya lazımdır. Bəs bu yeni Konstitusiyada “soyqırım”a yer olacaqmı? O, bu suala qeyri-müəyyən cavab verir. Ancaq o da faktdır ki, Ermənistanın xarici siyasətində “genosid” məsələsi gündəmdən çıxıb. Ermənistanın hazırkı rəsmi mövqeyi belədir.

Bəs Ermənistanda baş verən köklü dəyişikliklərin səbəbi nədir? Ferhat Boratav yazır ki, çünki “Böyük qardaş” Ermənistanın yanında deyil. “Böyük qardaş”ın yoxluğu Ermənistanı Türkiyə və Azərbaycanla anlaşmağa sövq edir: “Ermənistanın baş naziri indi anlayır ki, “Böyük qardaş” oyunda yoxdur.

Ancaq “Böyük qardaş” hər an regiona qayıda bilər.

Hər kəs bu ehtimalı nəzərə almalı və vaxt itirməməlidir”.

Müəllif “Böyük qardaş” dedikdə heç şübhəsiz ki, Rusiyanı nəzərdə tutur. Ancaq Ermənistan elə bir ölkədir ki, ABŞ-ı da, Fransanı da “Böyük qardaş” qismində bağrına basa bilər. Biz Ferhat Boratavın dediyi kimi, erməni xislətində olan bu reallığı nəzərə almalıyıq. O da aydındır ki, “Böyük qardaşı” yanında görən kimi Ermənistanın Türkiyə və Azərbaycana münasibəti 180 dərəcə dəyişəcək. “Real Ermənistan” getdikcə “Tarixi Ermənistan” konsepsiyasına uduzacaq. Ona görə də bölgəmizdə baş verə biləcək istənilən kataklizmlərə hazır olmalıyıq. Bunun üçün isə Azərbaycan Cənubi Qafqazda indiki kimi dominant mövqedə olmalıdır və Türkiyə ilə sinxron hərəkət etməlidir.

Elbəyi Həsənli
Sürix


Xəbər 222 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +