“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


23.04.2025  13:46 

“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...





A+  A-

“Xalq qəzeti” ilə “Respublika” qəzetinin redaksiyalarının birləşdiriləcəyi barədə xəbər yayılıb.

XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının İşlər İdarəsinin təsisçisi olduğu qəzetlərin birləşdirildikdən sonra “Xalq qəzeti” adı ilə nəşrə davam edəcəyi gözlənilir.

İddiaya görə, birləşdirmə bəzi işçilərin ixtisara düşməsini qaçılmaz edəcək.

Adları çəkilən redaksiyalardan yayılan məlumat barədə xəbərsiz olduqları bildirilib.

Qeyd edək ki, rəsmi qəzetlərin birləşdiriləcəyi və ya bağlanacağına dair əvvəllər də məlumat yayılıb.

“Xalq qəzeti” 1919-cu ildən çıxır. Qəzet 27 avqust 1991-ci ilədək "Kommunist" adı ilə dərc olunub.

“Respublika” qəzeti isə 1990-cı ildən dərc olunur.

XəzərNews.az-ın əldə etdiyi digər məlumata görə, hər iki qəzet bağlanacaq, yalnız dövlətin rəsmi xəbərlərini yayan çap orqanı kimi “Azərbaycan” qəzeti fəaliyyət göstərəcək.

Xəbər 88 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +