İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


27.11.2023  22:41 

Rəhman Rəhmanov bir otaqlı evini nümayiş etdirib





A+  A-

Əməkdar artist Rəhman Rəhmanov bir otaqlı evini nümayiş etdirib.

Xəzərnews.az xəbər verir ki, sənətçinin evində "Çıxış yolu" proqramı çəkiliş edib. Aktyor 30 ildir bu evdə yaşadığını bildirib:

"Döşəməsi yoxdur, bünövrəsiz tikilidir, yarımzirzəmi sayılır. Burada yeyib, burada da yatırıq. Qonaq da qəbul edirik. Bir otaqdır, yataq tərəfi pərdə ilə ayırmışıq. Həyat yoldaşımındır, şəxsi evim yoxdur. Neçə dəfə müraciət etmişəm, amma imtina gəldi. Mənə indi ev lazım deyil, yaşlanmışam. Bir ayağım burada, digər ayağım orada".

Sənətçi 6 sot torpaq aldığını, lakin imkansızlıqdan böyük hissəsini satdığını deyib:

"25 il əvvəl dövlətdən 6 sot torpaq almışdım. İmkanım olmadı, bir hissəsin satdım. Yarı hissəsi buradır. Qalan hissəni də iki nəfərə satdım. Lakin onlara ev tikməyə icazə vermədilər. İcra Hakimiyyətindən məcbur icazə aldım ki, öz adıma ev tikim. Mən qaldım bir otaqda, onlar isə sağlıqlarına qismət, böyük villa tikdilər. Adı mənim, dadı isə onların oldu. İndi də deyirəm ki, mənim heç bir mal-mülküm yoxdur, amma inanan yoxdur".

Xəbər 1198 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +