Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


16.09.2017  13:19 

Tofiq Zülfüqarov danışdı - “İçkili olub...”





A+  A-

Xətai rayonunda piyadanın ölümüylə nəticələnən qəzaya Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov münasibət bildirib.
Eks-nazir "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, sözügedən qəzayla bağlı ona qarşı heç bir cinayət işi açılmayıb:

"Hadisə sentyabrın 14-ü baş verib, şahid qismində ifadə vermişəm".

Qəzanın təfərrüatından danışan Zülfüqarov piyadanın içkili olduğunu əlavə edib:

"İlk növbədə onu qeyd etmək lazımdır ki, bu, 4 zolaqlı yoldur. İndi bilmirəm, bunu demək nə dərəcədə düzgündür. Ancaq həmin piyada içkili vəziyyətdə olub. Avtobusun qabağından qəflətən yola çıxıb. Bu zaman sürücülər tormoz verməyə başladı. Yolda qarışıqlıq yarandı. Piyada mənim maşınımın yan güzgüsünə dəydi. O biri maşın isə üstündən keçdi. Hadisə müşahidə kameralarınada düşüb. Mənim idarə etdiyim maşının qanun pozuntusuna yol verdiyi görünmür. Çünki sürət icazə veriləndən də aşağı idi. Onun avtobusdan düşərək maşının güzgüsünə dəyməsi 1 saniyədən də az vaxt çəkir. Maşınımda olan videokamerada da bu vaxt əks olunub. Piyada güzgüyə dəyibsə, o zədə ala bilər. Güzgü o dəqiqə bağlandı. Hadisədən sonra sürücülər hamısı maşını saxladı. Polis gəldi və ifadə verdik.

Məlumdur ki, adam ölümü ilə cinayət işi açılır və istintaq başlayır. Axşam mənlə digər sürücünü də ekspertizadan keçirtidilər. Təbii ki içkili vəziyyətdə deyildim. İfadə verdik. Şahid qismində hadisədə iştirak edirəm. Maşınımı götürüblər, ekspertiza aparacaqlar. Bu faciədir. Yaxınlarına baş sağlığı verirəm. Onun 67 yaşı olub. Bu yaşda yerüstü keçid ola-ola qaçaraq 4 zolaqlı yolu keçmək,zənnimcə, düzgün hərəkət deyil".

Qeyd edək ki, piyada Uğur Vəliyev Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulub, daha sonra üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşını keçib.

Xəbər 2062 dəfə oxunub.




24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +