Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


13.11.2023  14:32 

“Keyfiyyət dəyişikliyi əvəzinə, qiymət artımı...” - Kim haqlıdır?





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycanda icbari tibbi sığorta haqlarının artırılması təklif edilib. Millət vəkili Rəşad Mahmudov bildirib ki, icbari tibbi sığorta üçün yığımların artırılmasına ehtiyac var. Çünki Türkiyədə bu rəqəm 12 faizdir: "Bizdə də yığımları ən azından 1 faiz artırmaqla səhiyyəmizin bir sıra problemlərini həll edə bilərik. Beynəlxalq səviyyədə imicimizə zərbə vuran bir məsələ var. Bu, bəzi nadir xəstəliklərin dövlət proqramına salınmamasıdır. Düzdür, ötən il kistoz fibroz salındı, lakin əlavə iki-üç xəstəlik var ki, onlar da dövlət proqramına salınmalıdır".

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, icbari tibbi sığorta yığımı faizlərini artırmaq yox, yığılmış vəsaitin daha səmərəli istifadəsi, eləcə də bu vəsait qarşılığında göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi barədə düşünülməlidir:

“Bizdə çox vaxt keyfiyyət dəyişikliyi əvəzinə, qiymət artımı, verginin qaldırılması barədə düşünülür. Baha xidmətin yüksək də keyfiyyəti olmalıdır. Amma təəssüf ki, yoxdur”.

N.Cəfərlinin sözlərinə görə, bu gün vətəndaşların böyük əksəriyyəti icbari tibbi sığorta zərfinə daxil edilmiş tibbi xidmətlərdən bəhrələnə bilmirlər:

“Ümumiyyətlə, icbari tibbi sığorta zərfi çərçivəsində göstərilən tibbi xidmətlərdən xeyli sayda məlumatsız insan var. Məlumatı olanlar isə xidmət səviyyəsi aşağı olduğundan icbari tibbi sığorta haqqı ödəsə də, bəhrələnə bilmir".

Ekspert qeyd edib ki, bundan başqa, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sahəsi çox dardır. Bu da vətəndaşlara əlavə problem yaradır:

"İnsanlar laborator xidmətlərdən tutmuş, diaqnostika və müalicəyə qədər keyfiyyətli tibbi xidmət üçün özəl tibb müəssisələrinə müraciət etməli olurlar. Çünki söhbət sağlamlıqdan gedir. Bir sıra cərrahiyyə əməliyyatları var ki, onları icbari tibbi sığorta qarşılamır. Ona görə də sadalanan problemləri həll etdikdən sonra icbari tibbi sığorta yığımlarını artırmaq olar".

N.Cəfərli bildirib ki, icbari tibbi sığorta yığımlarının artırılması vergilərin artırılması deməkdir. İstənilən icbari yığım vergi növüdür:

“Bu, faktiki olaraq vergilərin artırılmasıdır. Yığımla bağlı təklif hazıirki iqtisadi durumda məqsədəuyğun deyil".

Xəbər 1118 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +