Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


18.12.2020  11:09 

İki il əvvəl fərarilik edən əsgər Azərbaycana ekstradisiya edildi





A+  A-

İki il əvvəl Daşkəsəndə hərbi hissədən qaçaraq fərarilik edən şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, Gəncə hərbi prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Tağıyev Urfan Bərxudar oğlu – Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən №-saylı hərbi hissəsində xidmət edərkən 23 sentyabr 2018-ci ildə saat 12:00 radələrində hərbi hissəni özbaşına tərk edərək hal-hazıradək xidmət yerinə qayıtmayaraq fərarilik edib.

Bundan başqa, Nəsimi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ağayev Ağadadaş Valeh oğlu – 01.01.2018-ci il tarixində özgənin əmlakını ələ keçirmək məqsədi ilə talama cinayətini törədərək hadisə yerindən qaçıb.

Həmçinin, İrkutsk şəhər, Sverdlovsk rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Rusiya Federasiyası vətəndaşı Tağıyev Münakif Raqub oğlu - 2014-cü ilin may ayında qeyri-rəsmi münasibətdə olduğu Burkova Natalia Vladimirovna ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində bıçaqla sonuncuya zərbə vuraraq ona həyat üçün təhlükəli olan ağır xəsarət yetirib.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışlar elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğu ilə Rusiya Baş Prokurorluğunun qarşılıqlı sorğuları təmin edilməklə Urfan Tağıyev və Ağadadaş Ağayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə, Münakif Tağıyev isə Rusiya Federasiyasına ekstradisiya edilib.



Xəbər 1958 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +